İsrail hərbçilərinin Əl-Əksa məscidinə daxil olması ilə çıxan qarçıdurma nəticəsində 35 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Baki-xeber.com-un xəbərinə görə, məscid icmasının rəhbəri Ömər Kəsvani Anadolu Agentliyinə açıqlamasında deyib ki, bu səhər yəhudi mühacir qrupu məscidə 250 nəfər əsgərin müşayiətilə gəlib. O deyib ki, İsrail polisinin bayram günlərində məscid ərazisinə müsəlmanlardan başqa heç kəsin daxil olmayacağını bəyan etməsinə baxmayaraq, elə ertəsi gün mühacirlər müqəddəs ocağa girməyə cəhd edib. Ömər Kəsvaninin sözlərinə görə, polis zopalarla dindarları döyməyə başlayıb, müsəlmanlara qarşı gözyaşardıcı qaxdan istifadə olunub.