Böyük Britaniyanın Avropa ittifaqından ayrılmaq qərarı verməsilə ingilis dilinin birlikdəki aparıı rolu şübhə altına düşüb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Avroparlamentin konstitusiya işləri üzrə komitəsinin sədri Danuta Hyubner bəyan edib. O bildirib ki, Birləşmiş Krallıq Aİ tərkibində təmsil olunmursa, ingilis dilinə də burada yer yoxdur.
Öz növbəsində, "The Wall Street Journal” (WSJ) yazır ki, bundan sonra Birlikdə alman və fransız dillərinə üstünlük veriləcək. Bu məlumatı nəşrə yüksək çinli avropalıı məmur da təsdiqləyib. Hazırda Avroparlamentin sabah baş tutacaq iclasında Avrokomissiyanın başçısı Jan Klod Yunkerin iştirakçılara ingilis dilində deyil, alman və fransız dilində müraciət edəcəyi gözlənir. Bu isə, digər mənbələrin sözlərinə görə, avroparlamentin i.tirakçılara üç dildə müraciət etmək ənənəsinə son qoyur.