Mətbuatdan bəlli olduğu kimi, İrəvan səfəri ərəfəsində Azərbaycanın Böyük Vətən Müharibəsi veteranları Roma Papası II Frensisə müraciət ünvanlayıb.
Baki-xeber.com-un xəbərinə görə, müraciətdə veteranlar bu günlərdə İrəvanın mərkəzində Hitler və Himmlerin sadiq dostu, erməni faşisti Qaregin Njdenin abidəsinin ucaldılmasına və onun qəhrəman obrazının yaradılmasına etirazlarını bildirib, heykəlin götürülməsinə yardımçı olmasını ondan xahiş ediblər. Lakin maraqlıdır ki, Pontifik nə səfər zamanı, nə də sonradan bu məsələyə heç bir münasibət bildirməyib. Onun bu çağırışa laqeyd münasibəti isə veteranların etirazına səbəb olub. Belə ki, veteranlar bu susqunluğu Böyük Vətən Müharibəsində həlak olmuş 400 min azərbaycanlının ruhuna təhqir sayıblar. Halbuki, elə təkcə Mehriban xanım Əliyevanın Romada dini dəyərlərin bərpasına göstərdiyi qayğı nəzərə alınarsa, Papanın bu laqeydliyinə nankorluqdan başqa ad tapmaq olmur. Cəmi bir neçə il öncə Azərbaycana səfərində Bakının mərkəzində Katolik Kilsəsinin necə dəyərləndirilərək qorunduğunu öz gözlərilə görən Papanın Azərbaycanın işğal etdiyi torpaqlarındakı dini abidələrini təhqir etməkdən belə çəkinməyən erməni toplumuna üzdəniraq sevgisi bu qədərmi gözlərini kor edib ki, hətta onların faşist əlaltısını milli qəhrəmana çevirmək cəhdinə haqlı etirazlara da laqeyd qalıb? Bəs, görəsən bu ilin payız aylarında Azərbaycana nəzərdə tutulan səfərində o bu hərəkətlərini necə izah etməyi düşünür və ümumiyyətlə düşünürmü?
Mübahisəlidir...