Türkiyə Cumhurbaşqanlığının sözçüsü İbrahim Kalın dövlət başçısı Ərdoğanın Rusiya prezidentiı Vladimir Putinə göndərdiyi məktubla bağlı açəqlama yayıb.
Baki-xeber.com-un "Yeni-Şafak” qəzetinə istinadən xəbərinə görə, Kalın bildirib ki, Cumhurbaşkanı Ərdoğan məktubda ötən ilin noyabrında rus hərbi təyyarəsinin vurulmasından dərin üzüntü duyduğunu, hadisədə həyatını itirən pilotun ailəsinin kədərlərini bir daha bölüşdüyünü və başsağlığı dilədiyini yazıb.
Kalının sözlərinə görə, Ərdoğan məktubda, həmçinin, rusiyalı həmkarına ölkəsi ilə Rusiya arasında bu vaxta qədər mövcud olmuş əlaqələrin yenidən bərpa olunması , regiondakı böhranların həllində əməkdaşlıq və terrorla birgə mücadilə ilə bağlı çağırış edib.
Xatırladaq ki, bu gün Rusiyanın bir sıra aparıcı xəbər saytları Kremlin sözçüsü Dmitri Peskova istinadən Türkiyə ptezidenti Ərdoğanın rusiyalı həmkarından təyyarə olayına görə üzr istədiyi barədə xəbər yayıb.