Roma Papası II Frensiskin bu günlərdə İrəvana baş tutan səfəri bir sıra ziddiyyətli məqamları ilə yadda qaldı.
Bu ziddiyyətlərdən ən önəmlisi isə onun artıq bu ölkə ilə bağlı ikinci dəfədir səsləndirdiyi "genosid” kəlməsilə bağlı oldu. Yəqin diqqətli oxucuların xatirindədir ki, ötən il Ermənistan qondarma "erməni genosidi”nin yüz illiyini qeyd edərkən Papa məsələyə münasibət bildirmiş, "genosid” faktorunu aşağıdakı formada interpretasiya etmişdi:”Bəşəriyyət XX əsrdə 3 böyük genosidə şahidlik edib – faşistlərin yəhudiləri qırması, Stalin repressiyaları və Osmanlı İmperiyasının edmənilərə qarşı törətdiyi soyqırım”.
Bu günlərdə baş tutan İrəvan səfərindən sonra isə Pontifik özünün tvitter səhifəsində yazıb ki, guya bu barədə fikrini ifadə eləmək üçün başqa söz bilməyib, o üzdən "genosid” sözünü işlədib. Papanın həmin qeydlərindən belə anlaşılır ki, o bu sözü işlətməklə düzgün addım atmadığının, daim sülh missiyası daşımaqda görəvli olan bir postda təmsil olunduğu halda "qızışdırıcılıq missiyası” həyata keçirdiyinin fərqindədir. Bunu onun məsələ ilə bağlı yazdığı izahdan da görmək olar. Belə ki, II Frensisk yazır:”Ötən il Müqəddəs Pyotr Kilsəsində anım tədbirlərinə hazırlaşarkən İohan II Pavelin "genosid” sözünü işlətdiyini eşitdim və öz çıxışımda ondan sitat gətirdim. Bundan sonra Ankara incidi və öz səfirini geri çağırdı. Ermənistan səfərimdəki protokol çıxışımda isə bu sözü işlətməyim nəzərdə tutulmamışdı. Lakin bu ölkə prezidentinin mənim həmin çıxışımdan sitat gətirməsindən sonra bu sözü dilə gətirməməyim doğru olmazdı”.
Cəmi bircə il fərqlə səsləndirilən bu fikirləri müqayisə etdikdə isə istər-istəməz sual yaranır: bu, İrəvanda bilərəkdən erməni millətçilərinə yarınmaq cəhdi idi, yoxsa Papa qocaldıqca skleroz əlamətləri özünü göstərməyə başlayıb?
Baki-xeber.com