Artıq xəbər veriyimiz kimi, Roma Papası II Frensiskin Ermənistana səfəri başa çatıb. Xəbərdə onu da bildirmişdik ki, Pontifik bu ölkədə səsləndirdiyi "genosid” kəlməsinin təhqiredici ifadə olduğunu bilmədiyini deyib.
Belə ki, Papa Ermənistan səfərinin dərhal ardından özünün tvitter səhifəsində yazıb ki, guya bu barədə fikrini ifadə eləmək üçün başqa söz bilməyib. Pontifikin həmin qeydlərindən belə anlaşılır ki, o bu sözü işlətməklə düzgün addım atmadığının, daim sülh missiyası daşımaqda görəvli olan bir postda təmsil olunduğu halda "qızışdırıcılıq missiyası” həyata keçirdiyinin fərqindədir. Bunu onun məsələ ilə bağlı yazdığı izahdan da görmək olar. Belə ki, II Frensisk yazır:”Ötən il Müqəddəs Pyotr Kilsəsində anım tədbirlərinə hazırlaşarkən İohan II Pavelin "genosid” sözünü işlətdiyini eşitdim və öz çıxışımda ondan sitat gətirdim. Bundan sonra Ankara incidi və öz səfirini geri çağırdı. Ermənistan səfərimdəki protokol çıxışımda isə bu sözü işlətməyim nəzərdə tutulmamışdı. Lakin bu ölkə prezidentinin mənim həmin çıxışımdan sitat gətirməsindən sonra bu sözü dilə gətirməməyim doğru olmazdı”. Belə çıxır ki, Sarkisyan onun ötənilki çıxışından sitat gətirməsəydi, Papa Ermənistan səfərində bu sözü dilinə gətirməyəcəkdi. Bu isə o deməkdir ki, Sarkisyan qonağını bilərəkdən provokasiyaya çəkərək bu sözü ona dedirdib.
Beləliklə də Vatikan Katolik Kilsəsinin rəhbəri erməni hiyləsinə alət olub...
Baki-xeber.com