Ötən il ermənilərin 100 illik tədbirlərində "erməni genosidi”ni XX əsrin ilk genosidi adlandıran Roma Papası İrəvan səfərindəki çıxışında bunu təkrarlamaqla Türkiyənin narazılıqları üçün yeni zəmin hazırladı.
Baki-xeber.com-un xəbərinə görə, belə bir yazı ilə "The Independent” çıxış edib. Qəzet onu da bildirir ki, Vatikan səfər ərəfəsində məhz Türkiyənin reaksiyasını nəzərə alaraq bu termindən çəkinmişdi, çünki əks halda bunun siyasi və maliyyə cəhətdən ona ziyan vuracağını bilirdi.
Nəzərə alınsa ki, ötən il Ankara analoji hadisəyə kəskin reaksiya verərək səfirini geri çağırmışdı, o halda Türkiyənin reaksiyasının bu dəfə də özünü çox gözlətməyəcəyi aydındır.