Romaya qayıtdıqdan sonra mənə "genosid” sözünün təhqiredici olduğunu dedilər, lakin mən Roma Katolik Kilsəsinin başçısı seçilənə kimi bunu əvəz edəcək başqa söz bilmirdim.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, bu sözləri Papa səfərdə Ermənistan səfərinin dərhal ardından özünün tvitter səhifəsində yazıb. Pontifikin həmin qeydlərindən belə anlaşılır ki, o bu sözü işlətməklə düzgün addım atmadığının, daim sülh missiyası daşımaqda görəvli olan bir postda təmsil olunduğu halda "qızışdırıcılıq missiyası” həyata keçirdiyinin fərqindədir. Bunu onun məsələ ilə bağlı yazdığı izahdan da görmək olar. Belə ki, II Frensisk yazır:”Ötən il Müqəddəs Pyotr Kilsəsində anım tədbirlərinə hazırlaşarkən İohan II Pavelin "genosid” sözünü işlətdiyini eşitdim və öz çıxışımda ondan sitat gətirdim. Bundan sonra Ankara incidi və öz səfirini geri çağırdı. Ermənistan səfərimdəki protokol çıxışımda isə bu sözü işlətməyim nəzərdə tutulmamışdı. Lakin bu ölkə prezidentinin mənim həmin çıxışımdan sitat gətirməsindən sonra bu sözü dilə gətirməməyim doğru olmazdı”.