Güclü yağıntı səbəbindən Terek çayının daşması nəticəsində Rusiya Gürcüstan yolu bağlanıb. Baki-xeber.com bu barədə gazeta.ru saytına istinadən xəbər verir.
Xəbərə görə, çayın istiqamətini dəyişməsi Gürcüstan ərazisindəki Daryal vadisini su basması ilə nəticələnib və bu səbəbdən Msxeta-Stepansmind-Lars yolu avtomobillər üçün keçilməz hala gəlib. Eyni zamanda "Yuxarı Lars” sərhəd-keçid məntəqəsi də bağlanıb. Hazırda sözügedən məntəqədə 250 avtomobilin qaldığı xəbər verilir ki, onlardan 150-si yük avtomobilidir.
Rusiya FHN-in Şimalı Qafqaz bürosu yolun təmirinin 15-20 gün çəkəcəyini xəbər verib. Gürcüstanın avtomobil yolları departamentinin rəhbəri Giya Sucaşvili isə deyib ki, ekologiya ətraf mühit nazirliyi icazə vermədən yolun təmirinə başlaya bilməzlər.