Türkiyə polisi Fətullah Gülən tərəfdarı olduğu ehtimal edilən 28 nəfəri saxlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyənin "Hürriyet” qəzeti xəbər verib. Xəbərdə o da bildirilir ki, polis daha 23 nəfərin axtarışını aparır ki, ünlü iş adamı, türkiyəli sənayeçi Rızanur Meral da onların arasındadır.
Həbslərin bir neçə şəhərdə, o ümlədən İstanbul, Konya və Kayseridə həyata keçirildiyi xəbər verilir.