Şotlandiya hökumətinin başçısı Nikolya Sterdjen bəyan edib ki, ölkəsi Britaniyanın Aİ-dən çıxışına veto qoya bilər.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə o, BBC-yə açıqlamasında deyib.
Sterdjen deyib ki, Britaniya hökuməti Şotlandiya qarşısında Aİ-dən çıxmaq tələbi qoyarsa, parlamentdən buna "qanunvericilik icazəsi” verilməməsini xahiş edəcək. Bu zaman o xatırladıb ki, parlamentdəki 129 yerdən 63-ü təmsil etdiyi partiyanın üzvüdür. Sterdjen onu da bildirib ki, hələlik hələlik hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini izləyəcək və Şotlandiyanın Britaniya, London və Brüssellə, həmçinin Londonun Brüssellə danışıqlarının hansı nəticələr ortaya qoyacağını gözləyəcək. Onun sözlərinə görə, Aİ ilə danışıqlar yaxın zamanlarda baş tutacaq.
Xatırladaq ki, 2014-cü ilsə Şotlandıyada Birləşmiş Krallığın tərkibindən ayrılmaqla bağlı referendum keçirilib. O zaman şotlandların 55 faizi Böyük Britaniyanın tərkibində qalmağa səs verib. Lakin son sorğunun nəticələri şotlandların yarıdan çoxunun müstəqillik tərəfdarı olduğunu ortaya qoyub.