ABŞ dövlət katibi Con Kerri London səfəri çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammondla görüşəcək.
Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, bu barədə Hammond özünün tvitter səhifəsində yazıb. Həmçinin onu da qeyd edib ki, bu görüşdən və ABŞ-la London arasında sıx əməkdaşlığın müzakirəsindən məmnundur.
O da məlum olub ki, tərəflər arasında əsas müzakirə mövzusunu Britaniyada bu günlərdə keçirilən referendumun nəticələri təşkil edəcək. Xatırladaq ki, həmin referendumda seçicilərin 51,9 faizi Birləşmiş Krallığın Avropa Birliyindən ayrılmasına səs verib, 48,1 faiz isə əksini dəstəkləyib.
Bu gün, eyni zamanda, Kerri Brüsselə də gedəcək və sözügedən mövzunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə sözçüsü Federika Mogerini ilə müzakirə edəcək.