Xarkov aeroportunda sərhəd nəzarətindən keçərkən 2 terrorçu yaxalanıb. Baki-xeber.com-un "Eadaily”-yə istinadən xəbərinə görə, saxlananlar Xarkov-İstanbul reysilə uçmağa hazırlaşırmış. Lakin Tacikistanda İnterpol axtarışına verildiklərindən burada axtarış sistemi işə düşüb.
Hər ikisi tacik olan saxlanan şəxslərin üzərindən ərəb dilində mobil telefonla işə salınan partlayıcıların hazırlanması üzrə video-dərslərin yazıldığı disklər və ekstremist xarakterli ədəbiyyat sərhədçilər tərəfindən aşkarlanaraq götürülüb. Eyni zamanda araşdırmalar zamanı bəlli olub ki, tutulanlar İŞİD düşərgələrində hərbi təlim keçərək Suriya ərazisində hərbi əməliyyatlarda iştirak ediblər. Buna dair sübutlar isə onların öz mobil telefonlarındakı foto və videolarda əksini tapıb.