Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycanın Böyük Vətən müharibəsi veteranları Roma Papasına müraciət qəbul etdi

Image


Azərbaycan Respublikasının İkinci Dünya müharibəsi veteranları Roma Papası Fransiskə müraciət qəbul ediblər. Müraciətdə deyilir:

"Roma Papası Zati-aliləri Fransiskə

Zati-aliləri,

Bizə məlumdur ki, 2016-cı il iyunun 24-dən 26-dək Siz Ermənistana səfər etmisiniz. Bizim regionda sülh, əmin-amanlıq və firavanlıq naminə bu səfərin uğurlu olmasını arzu edirik.

Bununla bərabər, Zati-alinizin yüksək diqqətini Ermənistanda baş verən, dinc yanaşı yaşamaq ideyalarına təhlükə yaradan və sizin müqəddəs missiyanıza zidd olan hadisələrə cəlb etmək istəyirik.

Zati-aliləri,

Azərbaycan və Vatikan sivilizasiyalar və dinlər arasında dialoq naminə əməkdaşlığın əyani nümunəsini dünyaya nümayiş etdirdikləri şəraitdə bizimlə qonşu Ermənistanda faşist ideyaları dövlət səviyyəsində təbliğ edilir.

Biz, İkinci Dünya müharibəsi veteranları hələ keçən il, faşizm üzərində tarixi Qələbənin 70 illik yubileyi ərəfəsində Hitler nasizminin əlaltılarının Ermənistan tərəfindən qəhrəmanlar kimi qələmə verilməsinin çox ciddi narahatlıq doğurduğunu bəyan etmişdik. Söhbət nasist canilərin nəinki Ermənistanın özündə, həm də beynəlxalq informasiya-mədəniyyət məkanında ləyaqətsizcəsinə təriflənməsindən gedirdi.

Biz ürək ağrısı ilə Sizin diqqətinizi buna cəlb etmək istəyirik ki, Ermənistan Hitlerin və Gimmlerin yaxınlarını, erməni SS cəza legionunun rəhbərləri, general Dro və general Njde adları ilə məşhur olan Drastamat Kanayanı və Qaregin Ter-Arutyunyanı təmizə çıxarmaq üçün bütün vasitələrdən istifadə edir.

Qısaca xatırladaq ki, Ermənistanın bu "milli qəhrəman”larının əli ilə Ukraynada və Polşada 10 minlərlə insanın həyatına son qoyulub, yəhudilərə və nasist ideologiyası üçün "yararlı olmayan” başqa xalqlara qarşı cinayətlər törədilib, onlar hitlerçi cəza düşərgələrində kütləvi şəkildə qətlə yetiriliblər. Erməni legionunun özünün hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin məhv edilməsi təsdiqlənir.

Bu gün son dərəcə hiddətləndiricidir ki, Ermənistan faşist canilərin qəhrəmanlar kimi qələmə verilməsində əsas "cəbhə”ni qonşu Rusiyanın – faşistlərin əli ilə qətlə yetirilmiş milyonlarla insanın xatirəsinə dərin ehtiram bəsləyən ölkənin ərazisində yaradıb.

Yerevanın lap mərkəzində faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Halbuki bir il əvvəl həmin Sarkisyan faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə birlikdə Moskvada Qələbə paradında iştirak edib, bu il mayın əvvəlində isə Yerevanda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini "ehtiramla yad edib”.

Zati-aliləri,

Bu gün dünya faşizmin hər hansı təzahürlərini pisləyir. 2015-ci il dekabrın 17-də BMT Baş Məclisi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib.

Həmin sənədin 4-cü bəndində qeyd olunur ki, BMT Baş Məclisi "nasizm hərəkatının, neonasizmin və "Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirir”.

Bu Qətnaməyə qoşulmuş Ermənistanda isə faşist rejiminə sadiqliyə and içmiş şəxslərin ətrafında genişmiqyaslı pərəstiş ab-havası yaradılır. Halbuki onlar milyonlarla insanın, o cümlədən erməni xalqının özünün nümayəndələrinin ölümünə bais olublar.

Bizi heyrətləndirən odur ki, beynəlxalq birlik tərəfindən buna hər-hansı şəkildə münasibət bildirilmir, amma başqa ölkələrlə bağlı hallarda həmin birlik bu cür hadisələrə həmişə reaksiya verir. Ermənistanın bu cür davranmağa xüsusi hüququ olmasını, bu ölkədə nasist canilər Dronun və Njdenin şərəfinə xatirə sikkələri zərb edilməsini, filmlər çəkilməsini başa düşmürük. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Drastamat Kanayanın adını daşıyan küçə də var. İndi Yerevanın lap mərkəzində, hökumət binaları kompleksi və Ermənistanın hakim pariyasının qərargahı ilə yanaşı, Njdenin heykəli də ucaldılıb.

Məgər bu, həlak olanların xatirəsinin təhqir edilməsi deyilmi?! Məgər bu, faşizm qurbanlarına həyasızcasına hörmətsizlik deyilmi?!

Biz, faşizmə qarşı müharibənin bütün ağrı-acılarını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar indi nasist canilərin qəhrəmanlar kimi təqdim olunmasını ürək ağrısı ilə müşahidə edirik. Ermənistanın bu hərəkətləri bütün dünyaya meydan oxumaq deməkdir. Bu hərəkətlər bizi hiddətləndirir.

Əminik ki, Siz faşizmə qarşı mübarizədə həlak olmuş insanların nurlu xatirəsinə sadiq bir insan kimi Ermənistan tərəfindən yayılan faşist ideologiyasının nümunəsində ümumi şərə qarşı səylərinizi əsirgəməyəcəksiniz.

Biz çox ümid edirik ki, Zati-aliniz bizim səsimizi eşidəcək, buna görə Sizdən səmimi qəlbdən xahiş edirik, nasist canilərə bəraət qazandırmaq və onları şöhrətləndirmək cəhdlərinin qarşısını almaq, o cümlədən Hitlerin əlaltısı, faşist ordusunun generalı Qaregin Njdenin heykəlinin sökülməsi məqsədilə Ermənistan rəhbərliyinə təsir göstərin.

Hörmətlə və bizi düzgün başa düşəcəyinizə ümidlə, Azərbaycanın bütün Böyük Vətən müharibəsi veteranları adından:

Rzayev Dadaş Qərib oğlu – Respublika Veteranlar Təşkilatının sədri, MDB Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü, ehtiyatda olan zabitlər təşkilatının Beynəlxalq Məşvərət Komitəsinin və ehtiyatda olan Zabitlər Komitəsinin üzvü, ehtiyatda olan general-mayor;

Ağahüseynov Tofiq Yaqub oğlu –Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, müharibə veteranı, ehtiyatda olan general-polkovnik, "Qırmızı Ulduz” ordeni ilə təltif edilib;

Səmədov Ağadadaş Əbdülqasım oğlu – müharibə veteranı, "Şərəf” ordeninin üç dərəcəsi ilə təltif edilib;

Rzayeva Mariya Stepanovna – müharibə veteranı, 2-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib;

Qritçenko Aleksandr Aleksandroviç – müharibə veteranı, 1-ci dərəcəli kapitan, "Şərəf” ordeni ilə təltif edilib;

Qədimova İrina İvanovna – Leninqrad blokadaçısı, universitet müəllimi;

Fərəcov İsmayıl Mövsüm oğlu – müharibə veteranı, Nəsimi rayonu Veteranlar Təşkilatının sədri;

Sarıyev Qara Əli oğlu – müharibə veteranı, professor;

Cəfərova Sofiya Həşim qızı – müharibə veteranı, istefada olan polis polkovniki;

İbrahimov İsmayıl Əli oğlu – akademik, müharibə veteranı, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, Sosialist Əməyi Qəhrəmanı;

Hüseynov Bahadur Məmmədqulu oğlu - müharibə veteranı, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor;

Xəlilov Cəlil Malik oğlu – müharibə veteranı, Respublika Veteranlar Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, Respublika Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, MDB Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü, ehtiyatda olan zabitlər təşkilatının Beynəlxalq Məşvərət Komitəsinin və ehtiyatda olan Zabitlər Komitəsinin üzvü, ehtiyatda olan polkovnik;

Moxin Lev Mixayloviç – müharibə veteranı;

Şevtsov Vasiliy Romanoviç – müharibə veteranı;

Hacıyev Atabala Həzi oğlu - müharibə veteranı, "Lenin” ordeni ilə təltif edilib".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ