Bazar günü günü, 01 noyabr 2026
     

Arif Quliyev xarici mətbuatda "Erməni nasizmi baş qaldırır" adlı maraqlı məqalə yazdı

Image


Ukraynanın populyar "Versii.com” portalı hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Arif Quliyevin "Erməni millətçiliyi baş qaldırır” məqaləsini dərc edib. AZƏRTAC-da yayımlanan məqalənin tərcümə variantını baki-xeber.com da öz oxucularına təqdim edir.

İrəvanda nasist cəlladı Qaregin Njdeyə abidə ucaldılması dünyanın bütün zəkalı insanlarını həm qəzəbləndirdi, həm də heyrətləndirdi. Bu nədir, ermənilərin tarixi savadsızlığı? Siyasi dönüş və faşizmə üz tutma? Qəhrəman çatışmazlığı? Vətənpərvərlik ruhunun zəifləməsi? Yoxsa indi nasizm yenidən dəbdədir? Niyə ermənilərə Hitlerlə əməkdaşlıq etdiyinə görə mühakimə olunmuş "qəhrəman”ı diriltmək lazım olub? Bu suallar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyən insanları çox düşündürür.

Amma "milli qəhrəman”, nasist "Erməni legion”unun yaradıcısı və rəhbəri Qaregin Njdeyə Ermənistan hakimiyyətinin İrəvanın mərkəzində, hökumət idarələri ilə bir məhəllədə ən şərəfli yer ayırmasının, yəqin ki, bir səbəbi var. Belə bir şərəfə hətta faşistlərlə mübarizə aparan marşal Baqramyanın abidəsi də layiq görülməyib.

Yanılma ola bilməz: ermənilər faşist əlaltısı və nasisti, Q.Njde ilə bərabər onun sərsəm "Böyük Ermənistan” ideyasını da düşünülmüş şəkildə yoxluqdan qaytarıblar. Əlbəttə, müəyyən vaxt keçdikdən sonra Qaregin Njdenin dünya tarixi qarşısında təqsirsizliyi "versiyasını” qəbul etmək, guya törətmədiyi günahlara görə mühakiməsini səhv sanmaq, Stalin repressiyalarının qurbanı hesab etmək olardı. Tarixi yenidən yazmaq, arxivlərdə düzəliş aparmaq... olardı, lakin... Qaregin Njde özündən sonra böyük "mənəvi irs” qoyub gedib. Bu "irs” Njdedin nasist ideallarına sadiqliyinə şübhə yeri qoymur. Budur, onun ermənilərə "müraciət”indən bircə sitat: "Arilik, igidlik, erməni gənci, budur, çağdaşlarının dini. Cəsarətli ol, ari cəsarətinə pərəstiş et, əgər özünün, xalqının sabah da yaşamasını istəyirsənsə, erməni bu cür olmalıdır”. Bir əlavə: "Xalqlar əvvəl-axır onlara verilənə, yalvarıb aldıqlarına yox, yalnız layiq olduqlarına, öz gücləri ilə əldə etdiklərinə sahiblənirlər”.

Ermənilər Qaregin Njdenin faşist Almaniyası ilə əməkdaşlığına haqq qazandırırlar. Onun məktubundan sitat gətirirəm: "İkinci Dünya müharibəsinin ilk günlərində nüfuzlu alman mətbuat orqanları erməniləri irqçilikdə ittiham edərək, onlara qarşı düşmənçilik çağırışları etdilər. Nasistlərin "rəsmi elmi” müəyyən etdi ki, ermənilər ari yox, Ön Asiya mənşəlidir. Beləliklə, ermənilərə qarşı ayrı-seçkilik üçün zəmin hazırladılar... Xaricdəki erməni icmaları üçün son dərəcə əlverişsiz vəziyyət yarandı. Ermənilərin müdafiəsi üçün "Bolqar-erməni mədəni yaxınlaşma Komitəsi” müfəssəl memorandum hazırladı. Bu memorandumda vurğulanırdı ki, keçmişdə erməni mədəniyyətinin təsiri çoxəsrlik erməni faciəsidir. Memorandum Sofiyadakı alman elçisinə təqdim edildi. Elçi mənə və professor Komarova memorandumu təqdim etməkdən ötrü Berlinə nümayəndə heyəti göndərməyi təklif etdi... O anın siyasi vəziyyətinin təzyiqi altında və xaricdəki erməni icmalarını gözləyən yeni fəlakətlərin qarşısını almaq üçün Berlinə yollandım... Bir ay sonra yenindən Berlinə getdim. O vaxtlar Berlində yerli ermənilərin dəvəti ilə parisli antropoloq Kerumyan fəaliyyət göstərirdi. Ermənilərin ari mənşəyini (!!!!!) elmi cəhətdən sübut etməli olan və beləliklə, onları yəhudilərin acı aqibətindən qorumalı olan komissiya yaradılmışdı”.

Nasistlərlə əməkdaşlıq edərək və Holokost - yəhudi xalqının soyqırımı da daxil olmaqla, faşistlərin törətdiyi cinayətlərin ortağı olmaqla nasistlərə öz ari mənşəyini sübut etmək ən azı qəribədir. SSRİ və bütün sivil dünyanın faşist vəbasına qarşı mübarizə apardığı, Hitlerin işğal etdiyi əraziləri azad etdiyi bir zamanda Njde guya faşizmdən, amma erməni faşizmindən yararlanaraq nasizmə qarşı "mübarizə aparırdı”.

Amma faktlar yaman tərs şeydir. Hətta general Njdenin həyatına qısa ekskurs onun faşist ideologiyasına sadiqliyini, Üçüncü Reyxlə sıx əməkdaşlığını sübut edir. Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsindən sonra Qaregin Njde bu ölkədə yaşayan ermənilər arasında faşizm ideyaları yayır, faşist ideologiyasını təbliğ edən "Seqakon” adlı təşkilat yaradır. O, Şərq Nazirliyinin (Österministerium) tərkibinə daxil olan Erməni Milli Şurasının fəal üzvü olub. Həmçinin Sovet Ermənistanının Almaniyanın koloniyasına döndərilməsi üçün nazir Alfred Rozenberqə müraciət edib. 1942-ci ildə general Dro (Drastamat Kanayan) ilə birlikdə ilkin olaraq Vermaxtın tərkibində olan, sonra SS qoşunlarının tabeliyinə verilən erməni legionunu yaradıb. Njde əsir düşən erməni hərbçiləri qarşısında çıxışlar edir, onları faşist Almaniyası tərəfində döyüşməyə çağırırdı. Qısa müddətdə erməni legionundakı döyüşçülərin sayı 30 min nəfərə çatdı. Njde və Dronun rəhbərliyi ilə "Erməni legionu” işğal olunmuş ərazilərində yəhudi və qaraçılara qarsa "təmizlik işləri” aparırdı. 809-ci erməni batalyonu Ukrayna və Polşada partizanlara qarşı cəza əməliyyatları həyata keçirirdi. Legionun Yevpatoriya, Aluşta, Kerç və Krımın digər ərazilərində əməliyyatları xüsusi qəddarlığı ilə seçilirdi. "Erməni legionu” Qafqazın işğalı əməliyyatlarında da fəal iştirak edib. 1948-ci ildə Bolqarıstanda həbs edilən Njde hərbi cinayətkar kimi mühakimə olunub və 25 il müddətə azadlıqdan məhrum edilib.

İndi deməyəcəyik ki, nasist cəlladına abidə ucaldılması ata və babaları faşizmə qarşı mübarizədə həlak olmuş keçmiş SSRİ ölkələrinin milyonlarla vətəndaşının qəlbinə tüpürməkdir. Bu, öz-özlüyündə aydındır. Həm də bu, Ermənistanda faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasına dair ilk hadisə deyil. Bu ölkədə nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələr zərb olunur, filmlər çəkilir. İrəvanda Qaregin Njdenin adını daşıyan meydan və metro stansiyası var. Drastamat Kanayanın adına küçə də. Faşist cəlladlarına pərəstişin zirvəsi İrəvanın mərkəzində Njdeyə abidənin ucaldılması və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın açılış mərasimində iştirakıdır.

Bütün bunlardan başqa, narahatlıq doğuran həm də budur ki, nasist xadiminə təmtəraqla abidə qoyan Ermənistan bütün dünyaya öz faşist mahiyyətini nümayiş etdirir. Bu mahiyyətin alt qatında özgə əraziləri işğal etmək və başqa millətə mənsub insanları soyqırımına məruz qoymaq təhlükəsi gizlənir. Axı bu bütün dünya ictimaiyyətinə xəbərdar olmalıdır!

Qaregin Njde həm faşist əlaltısı, həm də bədnam "Daşnaksütyun” millətçi təşkilatının üzvü olub. Bu təşkilat terror fəaliyyəti, o cümlədən Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərlə tanınıb. Mən heç bir nəticə çıxarmayacağam, nəticələr onsuz da aydındır, lakin Ermənistan hakimiyyətinin mahiyyəti dəyişməyəcəksə, onda onu faşizmdən Böyük Vətən müharibəsindəki kimi "müalicə etmək”, sonra bəşəriyyətə qarşı soyqırımı və cinayətlər törədən caniləri mühakimə etmək lazım gələcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ