Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ələbaxanlar
Tarix: 25.06.2016 / 02:27
Bölmə: Gündəm
Bəzən adama elə gəlir ki, bu məmləkətdə hamı bir-birinin "əlinə baxır". Çoxları da deyir ki, "burada nə var, adamlar bir-birini dolandırır..." Dərinə gedəndə görürsən ki, bu "bir-birini dolandırmağın" arxasında kiçik qəpik-quruşdan tutmuş, böyük-böyük məbləğlərə qədər, əyri-köndələn, "qorxulu-ürkülü", dələduzluqla, fırıldaqçılıqla, düşüklüklə, şəxsiyyətsizliklə, yaramazlıqla... dolu bir yol var.
Çətin vəziyyətə düşən insana kömək əli uzatmaq, ona xeyirxahlıq etmək, kimə isə maddi kömək göstərmək başqa bir məsələdir, yuxarıda dediklərimiz isə tamam başqa məsələdir.
Mənzil İstismar Sahəsindən arayış almaq istəyirsən. Bilirsən ki, arayışı verən yaraşıqlı qadın səndən nə isə umur. "Yaraşıqlı" sözünü elə-belə yazmadım. Aristokrat görkəminə görə ona "əl haqqı" təklif etməyə utanırsan, o elə ciddi görkəm alır, sifətini elə turşudur, səni elə qəbul edir ki, hər hansı ehtiyatsız söz deməkdən çəkinirsən, "birdən xoşuna gəlməz" deyə düşünürsən. Elə ki, ikicə manat verirsən, üzü gülür, elə məmnunluqla "çox sağ olun" deyir ki, adam iki manatı verdiyinə utanır, ürəyində deyir ki, "ayıb oldu, gərək çox verəydim". Elə bil, xanım çoxdan sənin bu "qanacağını, qabiliyyətini" gözləyirmiş. Axı, belələri onların gözündə qanacaq, qabiliyyət, "kişilik" mücəssiməsidir...
Bəzi idarə, müəssisə, təşkilatlarda arayış verən qadınlar, qızlar camaatı o qədər get-gələ salırlar ki, axırda "şirinliyini" almamış o "bir parça kağızı" vermirlər. Hansı ki, qanuna görə, arayış ilk xahişdən verilməlidir...
Bəzən adam istəyir diplomunu, işini-gücünü bir kənara atıb, adicə qapıçı işləsin. Bu qapıçıların işi-gücü yolu Ərəbzəngi kimi kəsib, içəri keçənlərdən - maşınların sürücülərindən, xəstə yanına gələnlərdən, həkimlərin yanına qalxanlardan, müdirləri görmək istəyənlərdən, hər hansı iş üçün müəssisə rəhbərlərinə müraciət etməyə gələnlərdən "cib xərcliyi" almaqdır. Almayanda içəri girməyə icazə verilmədiyini sənə "başa salacaq", üzünə deyəcəklər ki, "yetmiş-səksən manat maaş alırıq, bəs biz nəynən dolanaq?!" Guya bunları camaat dolandırmalıdır!
Deyirlər, dünyanın heç bir ölkəsində bizdəki qədər dilənçi yoxdur. Hərdən bizim ölkəni Hindistanla, Pakistanla müqayisə edirlər. Dilənçilər küçələri başına götürüb. Onları iki yerə bölmək olar: şəhər küçələrində əl açıb dilənənlər və Türkiyədə, Dubayda "ələ baxanlar". Onların dilənmək üsulları başqa-başqa olsa da, hərəkətlərinin məğzi eynidir.
Dilənçilik bəzi idarələrdə qanun şəklini alıb. Şöbə müdiri işçidən umur, idarənin rəhbəri də şöbə müdirindən. Bir-birinə verə-verə, bir-birindən ala-ala dolanırlar kişilər!
Mağazalarda satıcılar tərəzidə kəf gəlməsələr, müdirə və özlərinə külli miqdarda pul qazanmasalar, bir gün onları işdə saxlamazlar. Müştərini qiymətdə və çəkidə aldatmaq onların qədimdən qalma peşələrindəndir. Ağzını açan kimi deyəcəklər ki, "səhər saat 8-dən gecə saat 11-ə qədər buradayıq, kino görmürük, teatr görmürük, bəs biz adam deyilik?". Guya bunlar qazandıqları pulla kinoya-teatra gedəcəklərmiş...
Bir neçə il əvvəl bir tanışımla Moskvada mağazadan ərzaq alırdıq. Satıcı pulun qalığını qaytaranda tanışım dedi ki, "lazım deyil". Satıcı əsəbiləşərək pulun qalığını onun üstünə atdı və dilləndi: "Mən sizin qəpiyinizə qalmamışam!". Doğrusu, indiyədək həmin satıcını unuda bilmirəm. O, tanışımın da, mənim də gözümdə nə qədər yüksəldi. Deməli, şəxsiyyətinə qiymət verir, düşük deyil, əliəyri deyil...
Bizdə hörmətli idarələrə gedirsən, nə isə əl boyda bir blank doldurmalı olursan, deyirlər "blank üçün filan qədər ver". Siz bilən, belə idarələrin nə hörməti ola bilər? Guya həmin idarələrin rəhbərləri bilmir ki, onun işçiləri blank üçün pul alır? Bilsələr, bilirsiniz nə deyəcəklər? "Əşi, o da onunla dolanır, qoy dolansın". Bu o deməkdir ki, özü də başqa fırıldaqlarla dolanır. Guya işçisinə "canı yanır". Adama deyərlər, yaxşı müdirsənsə, elə özün dolandır işçilərini!
Fəhlə zavoddan nə isə oğurlayır. Bəzi bağçalarda uşaqların payını yeyirlər. Böyük idarələrin işçiləri camaatın əlinə baxır, "haqqın yolunu" tapırlar. Bir sözlə, hərə bir cür başını dolandırır.
Hərdən qəribə fikirlər də eşidirik: "Bizimkilər hara getsələr, oranı pozurlar". Əlbəttə, söhbət səviyyəsiz adamlardan gedir. Bəli, bu belədir. Dəfələrlə şahidi olmuşuq, eşitmişik, Moskva bazarlarının "əbədi sakinləri" ağıllarına nə gəlsə, onu da edirlər. Ona-buna pul təklif edir, işlərini düzəldirlər. Əliəyrilik, oğurluq, qadına-qıza sataşmaq, bir-birinə fırıldaq gəlmək, nə desən onlarda var. Məhz bu fikirləri yazmaq istəmirdim. Onsuz da Moskvada azərbaycanlıları sıxışdırırlar. Bizimkilər isə bəzən öz hərəkətləri ilə buna rəvac verirlər.
Yeri gəlmişkən, məni çox qəzəbləndirən bir əhvalat yadıma düşür. Moskvada azərbaycanlıların başına gətirilənlərin özüm şahidi oldum. Bizim məmləkətin vətəndaşlarını görəndə Moskva milisinin yadına pul qazanmaq düşür. Hətta azərbaycanlıların sənədlərinin düzgün olmasına baxmayaraq, milis işçiləri onları incidir, pul tələb edirlər.
Moskvada gəzərkən iki nəfər mənə də yaxınlaşıb sənəd tələb etdi. Diplomatik pasportumu göstərdim. Baxdılar-baxdılar, savadsızlıqlarından heç nə başa düşmədilər, soruşdular ki, "bu nədir?". Dartıb əllərindən aldım, dedim bu "Diplomatik pasportdur". "Siz azərbaycanlı deyilsiniz? Ölkənizin adını batırmayın, yüz-iki yüz rubl verin, xərcləyək" deyə irişdilər. Əlbəttə, mən onlara pul vermədim və bu barədə Rusiya Federasiyasının daxili işlər nazirinə məlumat verəcəyimi bildirdim.
Aeroporta gəldim, arxamda dayanmış milis əməkdaşlarının söhbətini eşitdim. Onlar deyirdilər ki, "deyəsən bu azərbaycanlıdır, gedək, ondan pul qoparaq". Onlara tərəf çevrilib "onu bacarmayacaqsınız, mən siz deyənlərdən deyiləm!" - dedim. Utanmaz-utanmaz soruşdular ki, "aeroporta niyə gəlmisiniz?" "Dedim, "aeroporta niyə gələrlər? Bakıya uçmaq üçün gəlmişəm, bu da bilet". Daha bir söz deməyib, çıxıb getdilər...
Kislovodskdan aeroporta Qaraçaylı Məhəmməd adlı sürücü ilə gəlirdim. Yol müfəttişləri Məhəmmədi çağırıb ondan pul alandan sonra mənim azərbaycanlı olduğumu öyrənərək, sürücüyə "get onu bura çağır" deyiblər. Getdim. Üzümə gülümsəyərək dedilər ki, "azərbaycanlı adına layiq pul ver". Doğrusu, bu söz məni tutdu, dedim "bilmirəm, azərbaycanlı adına layiq pul nə qədər olur?", çıxarıb olan-qalan 200 rublu verdim.
Aeroporta çatdıq, oradakı milislər lap qəddar çıxdılar. Məni məntəqəyə apardılar və dedilər ki, "bizə pul verməsən, səni təyyarəyə buraxmayacağıq". Hələ yalandan zəng vurub kiməsə dedilər ki, məni uçuşdan saxlasınlar. Onlara pul verməyəcəyimi bildirəndə, "iki gün burada qalacaqsan!" dedilər. Mən də onlara anlatdım ki, iki gün məni özləri dolandırmalı olacaqlar və bu hərəkətləri üçün cavab verəcəklər. Nəhayət, birtəhər əllərindən çıxa bildim və qərara aldım ki, daha heç zaman Kislovodska getməyim... Gözümün qabağında milislər bütün azərbaycanlılardan pul aldılar.
Mən bunları ona görə yazıram ki, bizim əlaqədar təşkilatlar lazımi tədbirlər görsünlər. Düşünürəm ki, Rusiyanın daxili işlər naziri ilə bu barədə xüsusi danışmaq lazımdır və bu çox vacibdir.
Uzun illər müşahidələrimə əsaslanaraq görürəm ki, kim hara işə düzəlir, ancaq və ancaq pul qazanmaq haqqında düşünür. Baxırsan ki, heç bir vəzifəsi yoxdur, amma yenə kiminləsə əlbir olub, altdan-altdan işlər görür.
Partiyalardan birinin sıravi üzvü ilə rastlaşdım, küçənin ortasında zəng vurub vəzifəli adama deyirdi ki, "a kişi, haqqını al, işini gör də!". Gərək onun rəhbər işçilərlə danışıq tərzini görəydiniz! Səsi küçəni başına götürmüşdü. Onu tanıdığımdan, təəccüblə soruşdum ki, "sən nə edirsən? Bu necə danışıqdır?" Dedi, "zəmanədən çox geri qalmısan. Pulumu verirəm, işimi görürəm". Sonra da əlavə etdi ki, "bütün gələcəyimi qazanmışam, hətta balalarıma da, onların balalarına da bəsdir". Soruşdum, "harada işləyirsən?". Cavab verdi ki, "bir idarədə adi işçiyəm". Belələrinə deyirlər ey, "bacarana baş qurban!"
Hə, yuxarıda qeyd etdim axı, kim harada işləyir, qazanmağın yolunu tapır. Yadıma rəhmətlik Leonid Brejnevin sözləri düşür. O kişi deyirdi ki, hamı bir yolnan dolanır. Cavan vaxtı vaqonları boşaldırmış, iki kisə o yana boşaldanda, bir kisə bu yana ötürürmüş. Belə-belə işlər...
Türkiyədə işləyərkən, uzun illər Azərbaycanda çox böyük vəzifələrdə çalışan biri ilə görüşdüm. Xarici ölkəyə müalicəyə gedirdi. Nəzakət xatirinə soruşdum ki, "nə kömək lazımdır? Pulunuz-paranız varmı"? Nə cavab versə yaxşıdır? "Bahalı qol saatımı satmışam, gedirəm müalicəyə". Soruşdum, "o necə saatdır ki, pulu xarici ölkədə müalicəyə çatır?" Dedi, "Ərəbistanda səfərdə olanda kral bağışlamışdı. 25000 dollar qiyməti vardı". Getdiyi ölkədə qalmaq üçün yerinin-yurdunun olub-olmaması ilə maraqlandım. Cavab verdi ki, "bir tanışım var, onun evində qalacağam". Həmin qonağım Bakıda 10-15 şirkətə şərik idi, getdiyi xarici ölkədə də villası vardı...
İkinci dəfə onu həmin ölkəyə yola salanda başladı ki, "İstanbulda bankda bir az pulum vardı..." O, bu sözləri deyəndə, mən əlavə etdim ki, "nə olar, kişinin pulu olar də...." O, söhbətinə davam edərək dedi ki, "bir tanışımla gedib pulu götürdüm, cəmi 1000 dollar idi. Tanışım təəccüb etdi, soruşdu ki, 1000 dollara görə Bakıdan İstanbula gəlmisən? Mən də cavab verdim ki, 1000 dollar az puldur?".
O elə yazıq-yazıq danışırdı ki, az qalırdım aylıq maaşımı da ona verim... Çox qəribədir, belələri nədən qorxurlar? Mən istəyirəm bütün tanışlarımın çoxlu pulu olsun, xarici ölkələrdə villalar alsınlar. Bunun mənə ancaq xeyri ola bilər. Xarici ölkələrə gedəndə deyərəm, "villanın açarını ver, bir həftə orada dincəlim".
Gördüyünüz kimi, haqqında yazdığım adamın adını açıqlamıram. Çünki onun adının məsələyə heç bir dəxli yoxdur. Məsələ insanların bir-birinə inamının, etibarının itməsindədir. Mənim qonağım deyə bilərdi ki, "uzun illər böyük-böyük vəzifələrdə işləmişəm, mənim pulum-param niyə olmasın ki?!" Bu əhvalatı ona görə yazdım ki, həmin adam mənim qarşımda rola girmişdi, oynayırdı və məni sadəlövh hesab edirdi. Çox təəssüf...
Belələrinə, çox rast gəlmişəm. Özlərini acından ölən, ona-buna borclu adam kimi göstərirlər. Beləliklə nə qazanırlar, onu başa düşə bilmirəm. Nəyin var, nəyin yoxdur, kimə nə dəxli? Belə sıxıntı ilə yaşamağın özü əzab deyilmi?
Ələbaxımlıq, kimdənsə nə isə ummaq, başqalarının hesabına varlanmaq, firavan həyat sürmək, harın yaşayış tərzi, artıq bir çoxlarının qanına hopub. Onlar bütün ətrafı zəhərləyirlər...
Xeyrəddin QOCA
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ