Dünən Soçi-Moskva reysi təyyarənin qabaq şüşəsində çat aşkarlanması səbəbindən təxirə salınıb.
Baki-xeber.com-un xəbərinə görə, 227 nəfərin qeydiyyatdan keçdiyi reysin öncə bir neçə saatlıq təxirə salındığı bildirilib. Sonradan artıq gecə saatlarında sərnişinlər otelə yerləşdirilərək, onlara uçuşun səhər baş tutacağı deyilib.