Britaniya baş naziri ölkəsinin Avropa ittifaqından ayrılmasına gətirən referendumun ardından bəyanatla çıxış edərək Britaniyaya yeni baş nazir gərək olduğunu bildirib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, Kameron deyib ki, yeni baş nazir oktyabrın əvvəlinə, Böyük Britaniya mühafizəkarlar partiyasının qurultayına qədər təyin olunmalıdır. O deyib ki. britaniya xalqı başqa yol seçdiyi üçün özünə başqa lider də müəyyən etməlidir.
Qeyd edək ki. Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendumda 72 faiz əhali iştirak edib. Bu isə dumanlı Albionda son 30 ildə ilk belə göstəricidir. Ölkənin Aİ-dən ayrılmasına isə 51,9 faiz britaniyalı səs verib.