ATƏT-in Vyanadakı mənzil-qərargahında Qarabağda qoşunların təmas xəttində baş verənlərin araşdırılması mexanizminin yaradılması üzrə məsləhətləşmələr davam edir.
Baki-xeber.com-un xəbərinə görə, belə bir xəbərlə Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantyeya istinadla erməni mətbuatı çıxış edib. Xəbərə görə, səfir deyib ki, Vyana görüşündən sonra İlham Əliyev və Serj Sarkisyan bu məsələyə xüsusi diqqət yetirib və Peterburq görüşündən sonra bu barədə danışılmırsa, bu o demək deyil ki, orada bu mövzuda danışılmayıb.
Erməni qəzeti isə səfirin məsələyə diqqətindən ruhlanaraq qeyd edir ki, Ukraynada Bundesverin PUA-ları tətbiq edildiyi kimi, Qarabağda da Fransanın uçan aparatları vəziyyətə nəzarət edə bilər. ”Fransızlar simiclik etməsə, Qarabağ səmasında da ATƏT yazılı PUA-lar peyda ola bilər”- qəzet yazır.