ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp demokrat rəqibi Hillari Klintona həlledici zərbə vurmaq məqsədilə "Klintonun 10 əfsanəvi yalanı” adlı sayt açıb.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, sayta daxil olanlara 2012-ci ildə Liviyanın Benqazi şəhərində baş verənlərlə bağlı video təqdim olunur. Xatırladaq ki, o zaman ABŞ-ın Liviyadakı səfirliyinə hücum olmuş, səfir və bir neçə ABŞ vətəndaşı öldürülmüşdü. Həmin dövrdə xanım Klinton dövlət katibi olduğundan, bir çoxları hücuma cavabdeh olaraq onu görmüşdü.