Böyük Britaniyada Aİ-də qalıb-qalmamaq mövzusunda dünən keçirilən referendumun nəticələri inanılmaz olub.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, britaniyalıların böyük fəallıq göstərdiyi səsvermə səslərin bərabər olması səbəbindən dəqiq nəticə ortaya qoya bilməyib. Yəni 4,6 milyon seçicinin səsverməsində ictimai fikir iki bərabər hissəyə bölünüb. Bu səbəbdən də referendum artıq tarixi titulunu qazanıb. Ölkəsinin Aİ-də qalması yönündə təbliğat aparan Baş nazir Devid Kameron özünün tvitter səhifəsində aktivliyə və onunla həmfikir olduqlarına görə britaniyalılata təşəkkür edib. Eyni zamanda Aİ-dən qopma tərəfdarı olan Neycel Fərəc bildirib ki, nəticənin nə olacağını bilməsə də, səslərin tam sayılmasından sonra Brexitin baş verəcəyinə ümid edir.
Xəbərə görə, hələlik Birləşmiş Krallığın 382 yerli seçki məntəqəsindən yalnız 128-də bülletenlər sayılıb.