ATƏT sədri, AFR-in XİN başçısı Frank Valter Ştaynmayer Qarabağa səfər etməyi planlaşdırır. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətindən bildiriblər.
Xəbərdə deyilir ki, Ştaynmayer Minsk Qrupu həmsədrlərilə Qarabağ çözümünü Berlində müzakirə edib. Görüşdə, həmçinin, Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunması və Ştaynmayerin bu yaxınlarda Qarabağa nəzərdə tutulan səfəri müzakirə edilib. Mətbuat xidmətindən onu da bildiriblər ki, cümə axşamı baş tutan görüşdə MQ həmsədrləri İqor Popov və Pyer Andrye Ştaynmayerə iyunun 20-də prezidentlərin Peterburq görüşündə əldə olunan razılaşmalar barədə məlumat veriblər.