Bakıda fəhlə yük maşınının altında qalaraq ölüb.
"Trend” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 22-də Qaradağ rayonundakı Səngəçal neft terminalının ərazisində Neftçala rayon sakini Nahid Quliyev idarə etdiyi "QAZ-53” markalı avtomobili arxaya verərkən su hövzəsinə düşüb və orada fəhlə işləyən Qazax rayon sakini Şadman Kazımov avtomobilin altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.