İraq ordusunun İŞİD-ə qarşı əməliyyat keçirdiyi Fəllucənin 70 minə yaxın dinc əhalisi təhlükəsizlik məqsədilə şəhərdən çıxarılaraq qaçqın düşərgələrinə yerləşdirilib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə İraq prezidentinin mətbuat katibi Səid Əl-Hadisi yerli televiziyaya açıqlamasında bildirib. Onun sözlərinə görə, bir sıra çətinliklərə baxmayaraq, insanlar ilkin ehtiyac vasitələrilə təmin edilib və bu istiqamətdə iş davam edir.
Prezidentin sözçüsü onu da deyib ki, İŞİD-ə qarşı əməliyyat keçirilən digər bölgələrdə də analoji tədbirlərin görülməsinə hazırlıq gedir.