Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Görməmişlər...
Tarix: 23.06.2016 / 02:20
Bölmə: Gündəm
Görməmişlər haqqında hələ heç yerdə heç nə oxumamışam. Yəni bu barədə yazıda-filanda konkret bir tərif yoxdur. Bəlkə də ona görə belədir ki, bu sözün izahı, açıqlanması o qədər də asan deyil. Görək, kimlərə görməmiş deyilir? Bu söz xalq arasında niyə tez-tez işlənir? Yəqin bütün sənət-peşə sahiblərinin, sadə insanların, bir sözlə, millətimizin içərisində görməmişlər çoxdur...
İndi bu sözün mənasını "elmi cəhətdən" açıqlamağa çalışaq. Əlbəttə, yazacaqlarım mənim subyektiv "kəşfimdir" və görkəmli elm xadimlərinə heç bir dəxli yoxdur. Hərçənd, onların da içərisində görməmişlər kifayət qədərdir...
Yəqin fikir vermiş olarsınız, birinə bir iş tapşırırlar, o dəqiqə dəyişilir, olur tamam başqa adam. Danışığını da dəyişir, yerişini də, yaşayış tərzini də, insanlara münasibətini də, maşınını da, evini də, mebellərini də, lap həyat yoldaşını da! Belələri vəzifəyə gedən kimi tabelikdə olanların başına min bir oyun açır, çalışır ki, hamı ondan "tük salsın". Adını da qoyurlar ki, "camaat idarə rəhbərindən qorxsa yaxşıdır". Hamı düşünür: "Belə adamları necə vəzifəyə qoyublar?"
Bu bədbəxtlər başa düşmür ki, həyatın özü müvəqqəti olduğu kimi, bütün vəzifələr də müvəqqətidir. Anlamırlar ki, bir gün vəzifəyə gəliblər, bir gün də gedəcəklər. İnsanlar isə onları xatırlayanda əsəbiləşəcək, arxalarınca o ki var, söyəcək. Haqqında yaxşı sözlər danışmağa heç kimin dili gəlməyəcək. Deyəcəklər, "görməmişin biri idi!" Bu o demək deyil ki, o vəzifə görmədiyi üçün görməmişlik edib, xeyr, məsələ burasındadır ki, o, ömrü boyu vəzifədə olsa belə, görməmişdir, yəni anadan görməmiş kimi doğulub, əsli-nəsli görməmişdir! Hara getsə, harada olsa, görməmiş kimi tanınacaq...
...Tutaq ki, birinin bütün dünyadakı maşın markalarından varıdır. Bu o demək deyil ki, o görüb, yəni bundan artıq nə görəcək! Lakin o görməmişdirsə, həmin maşınlardan da görməmiş kimi istifadə edəcək. Hamıya göstərməyə çalışacaq ki, "baxın, görün, mənim nə qədər maşınım var!"
Fikir vermiş olarsınız, şəhərdə bahalı "Cip" sürənlərin çoxu mütləq özünü göstərməyə çalışır, "bax, mənim maşınım səninkindən bahadır" demək istəyir. "Cip"i səkilərə çıxarıb, qarşıdakı maşını mütləq ötməyə çalışır, maşınların üstündən "uçub" keçmək istəyirlər. Bax, belələrinə deyirlər "görməmişlər!"
...Yas yerlərində bəzi şəxslərin davranışlarına fikir vermisinizmi? Uzun bir "palatka" qurulub, "palatkanın" bu başından girib, iri addımlarla keçirlər lap "yuxarı başa". Görəsən, bunlar niyə içəri girən kimi, ədəb-ərkanla aşağı başda oturmurlar, necə deyərlər, "hamını basıb", yuxarı başa keçirlər? Çünki özlərini göstərmək istəyirlər, "mən filankəsəm" demək istəyirlər. Ya da hamıya nümayiş etdirmək istəyirlər ki, "gördünüz, biz də gəlmişik!" Bu hərəkətləri o adamlar edir ki, heç kim onları tanımır, "biz də varıq" demək istəyirlər. Belələri görməmiş hesab olunur.
...Bir də baxırsan, şəhərin küçələrində toy karvanı görünür. Ürəyindən xoş hisslər keçir, dilindən "çox mübarəkdir", "xoşbəxt olsunlar" nidaları qopur. Maşın karvanının siqnallarından qulaq tutulur, sərxoş sürücülərin idarə etdiyi maşınların bir-biri ilə ötüşməsi nəzərləri cəlb edir. Bəzən dəhşətli qəzalar baş verir. Toy sahibi göstərmək istəyir ki, "baxın, mən belə toy eləyirəm".
Hələ toyxanalarda nələr baş verir?! Bu mənzərəni seyr edəndə gəlin köçən qıza yazığım gəlir. Görün, ömründə bir dəfə olan unudulmaz mərasimi necə keçirirlər, bu qız kimlərin evinə gedir? Qəribədir, belə təmtəraqlı evlənənlərin axırı çox vaxt boşanma ilə bitir. Harınlıq, qudurğanlıq ailəni dağıdır. Sonra da ağzıgöyçəklər deyirlər ki, "göz dəydi". Adama deyərlər, balam, görməmişlik eləməyin, göz dəyməsin də! Nəyini göstərirsən? Pulunu, var-dövlətini? Bəs bilmirsən ki, kənardan min göz baxır? Narahat olanlar var? Sənin toy maşınlarının siqnal səsindən körpələr yuxudan ayılır, xəstələr, qocalar yerlərindən dik atılır, kasıb insanlar, imkanı olmayanlar ibrət edirlər? Hələ utanmaz-utanmaz qəzetlər yazır ki, "filankəs oğlunun, qızının toyuna başqa ölkədən filan müğənnini, filan musiqiçini gətirib, filankəsə filan qədər pul ödəyib". Əşi, noolsun?! Nə demək istəyirsiniz? Bax, bu da görməmişliyin bir "növü"dür! İnsan nə qədər təvazökar, nə qədər mütəvazi olsa, o qədər yaxşıdır. Gərək, var-dövlətini, "təşkilatçılığını" camaatın gözünə soxmayasan!
Tez-tez eşidirik: "Gərək, mən adıma-sanıma layiq toy edim". Bir soruşan yoxdur ki, axı, sənin nə adın-sanın var? Heç səni üç-beş nəfərin içərisində tanımırlar... Əksinə, adı-sanı olan adamlar daha sadə şənlik keçirməli, lazımsız təntənələrə yol verməməlidirlər.
Qadınların çoxu qızıl-brilyantlarını ona-buna göstərməklə fəxr edir. "Mehman" filmində yığıncaqda bir meşşan qadın sinəsini açır ki, boyunbağısını hamı görsün. Başqa bir qadın bunu görüb hirslənir, yanındakına deyir ki, "dur gedək, sən məni hara gətirmisən?!"
Elə insanlar var, bir loxma çörəyi zor-bəla ilə qazanır, bəziləri isə harınlıqla onlara qızıl-brilyantlarını göstərir. Ayıb deyil? Axı, maaşla o qədər zinət əşyalarını almaq mümkün deyil, bəs onları hansı pullarla alırlar? Bəlkə, ey gözəl qadın, özün qazanmısan o qızıl-brilyantları?
Qadın gərək vulqar olmasın. Hərəkətlərinə, oturub-duruşuna xüsusi fikir versin. Heç kim Tanrı tərəfindən gözəllik verilən qadınların bəzənib-düzənməsinin əleyhinə deyil, qoy bir az da gözəl görünsünlər. Amma hansı yollarlasa aldıqları zinət əşyalarını ona-buna nümayiş etdirməklə məşğul olmasınlar. Yəni görməmişlik etməsinlər...
Qadının bəzənib-düzənməsinə bir tövrlə haqq qazandırmaq olar, dediyimiz kimi, nə olar, qoy daha gözəl görünsünlər. Bəs, kişilərin özlərini göstərmələrinə nə ad verək? Görmüşdük kişi, ağlı, savadı, nəzakəti, qabiliyyəti, bacarığı, istedadı, gözəl ailə başçısı olması, xeyirxahlığı, əliaçıqlığı, mədəniyyəti, cəsarəti, qeyrəti ilə seçilər. Nə olar, insanın var-dövləti də olsun, gözəl yaşayışı da, heç kim bunun əleyhinə deyil, necə deyərlər, gözü götürməyənlərin gözləri çıxsın! Amma kasıb insanların qarşısında olan-olmazını nümayiş etdirmək görməmişlikdir! Axı, belələri özlərindən varlıların qarşısında var-dövlətlərini heç zaman büruzə vermirlər, deməli, məqsədləri kasıbların qarşısında özlərini göstərməkdir. Bu da insanlarda nifrət hissləri yaradır. Var-dövlətini nümayiş etdirənlər xalqın gözündən düşür, axırda bədbəxtliyə düçar olurlar. Xalqın gözündən düşməyin özü böyük bədbəxtlik deyilmi?
Xalq arasında belə bir məsəl var ki, o dünyaya gedənlər özləri ilə heç nə aparmırlar...
İş adamı Əli Poladın "Üç min ilin hikməti" adlı kitabında topladığı məşhur insanların fikirləri çox ibrətamizdir. "İnsan bəxt və taleyə varlı olanda deyil, yoxsul olanda inanır" (D.Cordan). "Ataların var-dövləti çox vaxt övladlara bədbəxtlik gətirir" (X.Cübran). "Varlıların çoxu öz sərvətinin ağası yox, keşikçisidir" (Demokrit). "Dünyanın böyük adamı hamıdan yoxsul olub" (R.Emerson). "Varlı olmaq istəyirsənsə, öz əmlakını artırmağa çalışma, acgözlüyünü azaltmağa cəhd elə" (Epikür). "Varlının həzz və əyləncələri kasıbın göz yaşları bahasına başa gəlir" (T.Filler). "Millət əxlaqsızlaşmağa başlayanda, yoxsulluğa daha böyük həqarətlə, zənginliyə isə daha böyük hörmətlə baxır" (Ç.Kolton). "İnsanlar varlı olmaq istəmirlər; onlar başqalarından varlı olmaq istəyirlər" (C.Mill). "Ən varlı adam aza qane olan adamdır; bu cür könül toxluğu mənəvi zənginlikdən xəbər verir" (Sokrat). "O adam kasıb deyil ki, az şeyi var, kasıb o adamdır ki, çox şey istəyir" (B.Şou).
Görməmişlik artıq televiziya ekranlarından nümayiş etdirilməyə başlanıb. Aktyorun, musiqiçinin, bəstəkarın, müğənninin sənətinin xüsusiyyətləri, onu başqalarından fərqləndirən çalarlar barədə söhbət açmaqdansa, maşınını, evini-eşiyini, villasını, mebellərini, bahalı əşyalarını, soyuducusundakı ərzaqları bir-bir, "iri planda" göstərməklə məşğuldurlar. Bunu sənətçilərin özləri istəyir. Yəni "mənim maşınıma baxın, evimə-eşiyimə, mebellərimə baxın". Hələ bəzi qadın "ulduzların" şit-şit hərəkətlərini, evində cavan aparıcı oğlanın qarşısında rəqs etmələrini demirik. Vallah, adam onların əvəzinə xəcalət çəkir! Bu boyda da görməmişlik olar? Nə demək istəyirsiniz axı? Camaatın evi-eşiyi yoxdur? Növbəti verilişdə başqa varlı "ulduzun" ev-eşiyini nümayiş etdirirlər. O da az qalır özündən əvvəlkinə desin ki, lmənim evim-eşiyim heç də səninkindən əskik deyil. Yan, tökül!" Bir müğənni tanıyıram, vaxtilə qulağım eşidə-eşidə deyirdi ki, "mən filankəsdən pis yaşasam, atamın qızı deyiləm!" Demir ey, özü nədir, sənəti nədir? Deyir ki, "sponsorumun canı sağ olsun! Əlləri üstündə gəzdirir məni". Çox böyük biabırçılıqdır, adam da əxlaqsızlığı ilə öyünərmiş!
Bir gün televizora baxıram, görürəm bir qadın müğənni lüm-lüt oxuyur. Yalan olmasın, görünməyən bir-iki yeri qalıb. Üzünü kloundan betər rəngləyən müğənni gah qurşaqdan aşağısını yellədir, gah sinəsini əsdirir. And olsun o bizi Yaradana, oxumağı-zadı da yoxdur. Oxuyan olsaydı, milyonlarla tamaşaçının qarşısında özünü o günə salmazdı ki!
Evimizə gələn qonaq da, deyəsən, müğənnini mənim kimi ilk dəfə görürdü, odur ki, dilləndi:
- Bunu kim boşayıb görəsən?
Soruşdum, "qardaş, bu nə sualdır verirsən?" Dedi ki, "bəs bilmirsən, kim ərindən boşanır, gedib çıxır televizora, olur müğənni. Ərinin acığına!"
- Müğənni olmaq üçün gərək səsin də olsun axı!
Qonaq başladı izah etməyə:
- İndi səsə-filana ehtiyac yoxdur. Bəzi qadın müğənnilərin bir balaca gözəllikləri oldusa, bəsdi. Kişi müğənnilər isə toylardan qazandıqlarını ona-buna xərcləyirlər, çıxırlar televizora. Heç bir çətinlikləri yoxdur.
Müsəlmanın o günü, yenə televizora baxırdım, yarıçılpaq müğənnilərdən biri dedi ki, "indi on doqquzuncu əsr deyil. Kim necə istəyir, geyinə bilər". Onun bu sözlərindən belə çıxdı ki, gələcəkdə ekrana, səhnəyə tamam lüt çıxacaqlar. Heç əncir yarpağından da istifadə olunmayacaq...
Bu operatorlar ki var, Allahın bəlasıdırlar. Belə müğənniləri arxadan, qabaqdan, yandan "iri planda" göstərməkdən sonsuz zövq alırlar. Bilmirsən, qadın müğənninin orasına-burasına baxasan, yoxsa oxumağına qulaq asasan...
Bizimkilər bütün bunları xaricdən götürüblər. Bax, buna da görməmişlik deyirlər.
Uşaqların əlindən tutub küçəyə çıxan kimi deyirlər ki, "pul verin, sizə də, özümüzə də "Koka-kola" alaq". Deyirik, bu pul, özünüzə "Koka-kola" alın, biz içmək istəmirik. Uşaqlar xorla dillənirlər ki, "olmaz!" Soruşuruq niyə, a bala? Deyirlər, "biz birlikdə əylənmək istəyirik". Nə var, nə var, televiziya reklamlarında hərəsi bir tərəfdə görməmiş-görməmiş su içən uşaqları göstərib, ekranda yazırlar ki, "birlikdə əylən". İndi gərək biz valideynlər də hərəmiz bir "Koka-kola" və ya "Limon-fanta" alıb küçənin ortasında çəkək başımıza.
Bir sıra xarici ölkələrdə insanlar öz halal maaşları ilə ayda bir, iki ayda bir minik maşını ala bilirlər. Maşın nə olan şeydir axı?! Türklərin dilində onun adı çox yaxşı səslənir: araba. Həmin bu arabanı Bakıda qoyurlar küçənin ortasına, üstünü də gəlin arabası kimi, qırmızı lentlərlə bəzəyirlər. Nə var-nə var, camaatı həvəsləndirirlər ki, lotereyalarını sata bilsinlər. Deyəcəksiniz reklamdır da, burada nə var? Onda niyə yalnız arabanı reklam edirlər? Oraya velosiped, soyuducu, fotoaparat... qoysunlar. Bəlkə, biri araba istəmir, başqa əşya udmaq istəyir?
Bir də görürsən, son moda bahalı maşın küçədə yerə "mıxlandı". O anda siz rulun arxasından çıxan görməmişə nəzər salın. Maşından elə bir əda ilə düşür ki, sanki hansı ölkəninsə prezidentidir, Bakıya gəlib! Daha fikirləşmir ki, xarici ölkələrdə gəmiləri, təyyarələri olanlar özlərini belə aparmırlar. Ağzında "görməmiş" deyirsən...
Öz dilini düz-əməlli danışa bilməyənlər rus dilində danışırlar, bu dildə danışmayanlara isə "çuşka" deyirlər. Bir dəfə iki qızın danışığına fikir verdim. Görün, necə söhbət edirlər:
- Ay qız, znayeş çto sluçilos?
- Çto, balam?
- Çuşkalar öz dillərində razqovarivayut.
- Razqovarivayut, qoy razqovarivayut də, balam.
- Ağəz, mı druquyu şkolu okonçili, indi çto budem delat?
- İli yaşadığın bu ölkənin dilini izuçayeş, ili poedeş başqa ölkəyə.
- Çuşki ki, çuşki! İş tapdılar da bizə! İndi get, təzədən bukva öyrən görüm necə öyrənəcəksən?
- Balam, v sredney şkole anqliyskiy yazık keçmirdiniz?
- Mən anqliyskiy dərs olanda sinfə girmirdim.
- Zaçem, balam?
- Uçitel çuşkanın böyüyü idi.
- Balam, çuşka idi, tebe zaçem? Anqliyskiy yazık öyrənsəydin, indi latınskiy bukvaları bilərdin.
- Posmotrim, mojet bıt izuçim latınskiy. Ağəz, eto bros bir kənara. Axşam gəl, gedək noçnoy bara.
- Tı çto, ne znaeş? Bilmirsən ki, zakrıli noçnoy bar?
- Ağəz, ona görə deyirəm də "çuşki". Noçnoy barsız şəhər olar?
- Olar, balam, olar.
- Toqda desinlər, yıxılın, ölün də!
- Sən balam, ölürsən öl, ya ne xoçu umirat. Gedirəm latınskiy bukvaları öyrənməyə. Çao!
Özünüz düşünün, çuşka kimdir? Dilimizi bu günə salanlar, yoxsa ana dilimizdə danışanlar? Bax, öz millətimizdən olub başqa dildə danışanlar da bir cür görməmişlərdir...
Yuxarıda "Koka-kola" haqqında bir-iki kəlmə yazdım, indi bir əhvalatı da xatırladım. "Koka-kola"nın Bakıda təzə çıxan vaxtları idi, bir gün evdə oturmuşdum, nəsə yazırdım. Fikirlərimi təzəcə toplayıb, süjeti yenicə qurmuşdum ki, qapının zəngi çalındı. Gedib açdım. Gördüm on yeddi-on səkkiz yaşlarında, xüsusi geyimdə bir qız, bir oğlan əllərində "Koka-kola" şüşəsi üzümə gülümsəyirlər. Evə dəvət etmək istəyirdim ki, sözüm ağzımda qaldı, əllərindəki şüşəni mənə tərəf uzadıb dilləndilər:
- Həyatın ləzzətini alın!
Soruşdum:
- "Koka-kola"nı reklam edirsiniz, hə?
Cavab verdilər ki, "hə". Yenə xorla səsləndilər:
- Həyatın ləzzətini alın!
Doğrusu, bir az təəccüb etdim, bir az da hirsləndim:
- "Koka-kola" görməmişəm, a bala?
Yenə hər ikisi bir ağızdan dilləndi:
- Həyatın ləzzətini alın!
- A bala, baş üstə, sizin verdiyiniz "Koka-kola"nı içərəm, həyatın ləzzətini də alaram. Arxayın olun, amma deyin görüm, bu şüşənin üstündəki qırmızı kağız nədir?
Qız dilləndi:
- Əmi, həmin kağızla, az pul verməklə, bir "Koka-kola" ala bilərsiniz.
- Tutaq ki, bir "Koka-kola" aldım, nə olsun? Onunla varlı olacağam?
Bu dəfə oğlan dilləndi.
- Söhbət varlı olmaqdan getmir ki, əmi! Həyatın ləzzətini alacaqsınız! Azdı bəyəm?
Qapının nömrəsini dəftərlərinə qeyd edib (yəni filan evə "Koka-kola" verdik...), "Koka-kola" dolu zənbillərini götürüb gedərkən təzədən səsləndilər:
- Həyatın ləzzətini alın!
İndiyədək fikirləşə-fikirləşə qalmışam, görəsən, həyatın ləzzəti "Koka-kola"dadır? Həm də başa düşürəm ki, "Koka-kola" təzə çıxmışdı, çoxu görməmişdi, axı!
Vallah, bəzi adamları qınamıram. Bizimkilərin bəziləri hələ çox şeyləri görməyiblər...
Xeyrəddin QOCA
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ