Türkiyə hökuməti Almaniya müdafiə nazirinin müavinin başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyətinin "İncirlik” aviabazasını ziyarət etməsinə icazə verməyib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə iyunun 22-də "Spiegel online” xəbər yayıb. Xəbərdə deyilir ki, Ankara Berlinə müdafiə nazirinin müavini Ralf Braukzilin başçılığı ilə deputat qrupunun ölkəyə səfərinin arzuolunan sayılmadığı barədə mesaj göndərib. Nəşr baş verənləri "siyasi qalmaqal” adlandırıb.
Xatırladaq ki, daha öncə Türkiyə hökuməti Almaniya müdafiə nazirliyində akkreditasiyadan keçmiş alman jurnalistlərinin aviabazanı ziyarət etməsinə icazə verməmişdi.