Bu gün yerli vaxtla saat 14:47:06-da Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.