Türkiyə hökuməti Suriya ilə sərhədində yeni havadan müdafiə sistemi yerləşdirməyi düşünür.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Defense News” portalı özünün Türkiyə təhlükəsizlik xidmətindəki mənbələrinə istinadən xəbər yayıb. Xəbərə görə, PVO ölkənin cənub şəhəri Kilisdə yerləşdirəcək. Söhbət "Serhat” antiminomyot radar sistemlərindən və HIMARS operativ-taktiki raket-artilleriya sistemlərindən gedir.
Xatırladaq ki, Kilis ilk dəfə deyil raket atəşinə məruz qalır. Belə ki, aprelin əvvəlində Suriyadan bu əraziyə iki raket snaryadı atılıb. Həmçinin may ayında da şəhərə iki raket atılıb və Suriyanın İŞİD-in əlində olan ərazisindən şəhər atəşə tutulub.