Bazar günü günü, 01 noyabr 2026
     

Prezident nardaranlıların dəvətini qəbul edib qəsəbəyə gəldi, qəsəbənin abadlaşdırılmış yeni yollarında maşın sürdü, dindarlara mühüm dövlətçilik mesajları verdi, qəsəbə sakinləri ilə şəkil də çəkdirdi

Image


"Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir və edilir"

Azərbaycan Prezidenti: "Nardaran sakinləri dövlətçiliyə daim sadiq olublar"

"Heç kim müstəqillik əleyhinə addım atmamalıdır"

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib. "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verib.
Prezident İlham Əliyevin 2016-cı il 7 mart tarixli Sərəncamı ilə əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 qəsəbəni birləşdirir. Uzunluğu 9 kilometr olan bu yolun hərəkət hissəsinin eni əvvəllər 7 metr idi. Yolun asfalt-beton örtüyünün yararsız vəziyyətə düşməsi, səkilərin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişində problemlər yaradırdı. Tikinti işləri zamanı yolun eni 9,5 metrə qədər genişləndirilib. Bundan başqa, yol yatağının deformasiyaya uğramış hissələri bərpa edilib, köhnə asfalt-beton örtüyü yenilənib.
Maştağa-Bilgəh avtomobil yolunun kənarlarında 1 və 2 metr enində səkilər tikilib, yeni işıq dirəkləri və yol nişanları qoyulub. Bu yolun yenidən qurulması ilə nəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı dairəvi və Zabrat-Maştağa-Buzovna avtomobil yollarına rahat və maneəsiz çıxışı təmin olunub.
Prezident İlham Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi barədə də məlumat verilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin ehtiyat fondundan "Azəravtoyol" ASC-yə ayrılan vəsait hesabına bu küçələrdə tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, yolların genişləndirilərək yenidən qurulması, su, kanalizasiya və rabitə xətlərinin yenilənməsi işləri aparılıb. 2016-cı ilin martında imzalanan Sərəncamla işlərin davam etdirilməsi üçün "Azəravtoyol" ASC-yə əlavə vəsait ayrılıb və küçələrin yenidən qurulması işləri bu qurum tərəfindən yekunlaşdırılıb.
Bildirilib ki, 2360 metr uzunluğunda Abşeron küçəsinin yenidənqurmadan əvvəl hərəkət zolaqlarının sayı iki, eni isə orta hesabla 8 metr olub. Küçənin uzun müddət təmir edilməməsi, ensizliyi, hərəkət hissəsinin sıradan çıxması, səkilərin və işıqlandırma sisteminin olmaması nəqliyyatın və piyadaların hərəkətində böyük çətinliklər yaradırdı. Layihəyə əsasən, yolun eni genişləndirilərək dördzolaqlı olmaqla 18 metrə çatdırılıb. Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Abşeron və Nəsrulla Əsgərov küçələrinin kəsişməsində yeni dairə inşa olunub.
Nardaran qəsəbəsinin mərkəzindən Rəhimə xanım ziyarətgahına qədər 1050 metr uzunluğunda Nəsrulla Əsgərov küçəsinin eni əvvəllər 6 metr olub. Layihə çərçivəsində yolun eni genişləndirilərək 16 metrə çatdırılıb. İkitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılıb. Hazırda bu küçə 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Burada hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Rəhimə xanım ziyarətgahının qarşısında avtomobillər üçün dayanacaq da yaradılıb.
Yüksək keyfiyyətlə aparılan işlər zamanı hər iki küçə boyu yeni hasarlar tikilib, həyətlərə dekorativ giriş qapıları qoyulub, yeni yeraltı qaz, işıq, rabitə, su və kanalizasiya xətləri çəkilib, köhnələri isə tamamilə təzələnib.
Azərbaycan Prezidentinə hazırda inşası davam etdirilən Ramana-Maştağa avtomobil yolu ilə də bağlı məlumat verilib.
Dövlət başçısının bu ilin martında imzaladığı Sərəncama əsasən, tikintisi "Azəravtoyol" ASC tərəfindən davam etdirilən Ramana-Maştağa yolunun uzunluğu 11 min 500 metrdir. Yolun hazırda eni 6-7 metrdir. Genişləndirildikdən sonra yolun eni 8-9 metrə çatdırılacaq, hərəkət zolaqlarının sayı isə iki olacaq. Təmir işləri zamanı su, qaz, elektrik və rabitə xətləri köçürülüb.
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı yeni yolda avtomobili idarə edib.
Prezident Nardaran qəsəbəsində sakinlərlə də görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.
Qəsəbədə və ətraf ərazilərdə yolların yenidən qurulmasından danışan Prezident İlham Əliyev Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyərək, yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb. Bakının qədim yaşayış məskənlərindən olan Nardaran qəsəbəsi sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən Azərbaycan Prezidenti ölkəmizdə bütün azadlıqların, o cümlədən din azadlığının tam təmin edildiyini diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, qəsəbə sakinləri də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verir.
Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev qəsəbə sakinləri ilə söhbətində deyib ki, Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
Dövlət başçısı yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb. Bakının qədim yaşayış məskənlərindən olan Nardaran qəsəbəsi sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən Azərbaycan Prezidenti ölkəmizdə bütün azadlıqların, o cümlədən din azadlığının tam təmin edildiyini diqqətə çatdırıb.
Bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən Prezident qeyd edib ki, qəsəbə sakinləri də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verir.
Dövlət başçısı deyib ki, bir müddət əvvəl Nardaran sakinləri ona müraciət edib, qəsəbəyə dəvət ediblər: "Mən hesab etdim ki, əliboş gəlməyim, o vaxt gəlim ki, bu yollar hazır olsun. Bu gün də bu yollar açılır. Mən çox şadam ki, bu yollar gözəl görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub. Yollar genişlənib, köçürülmüş evlər üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işdə yerli qəsəbə sakinləri də iştirak ediblər. Azərbaycanın hər bir yeri, qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı sürətlə gedir, bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik, qaz, su təchizatı yaxşılaşır. Bu infrastruktur layihələrinin böyük əksəriyyəti icra edilib".
Prezident İlham Əliyev bildirib ki, yol infrastrukturu kanalizasiya xətlərinin çəkilişi ilə uzlaşmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə də qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq ".
Prezident qeyd edib ki, iş yerlərinin açılması prosesi daim getməlidir. Baxmayaraq ki, son illər Azərbaycanda böyük işlər görülüb, əhali artır.
Dövlət başçısı bildirib ki, əhalinin artması da iqtisadi inkişafın təzahürüdür: "Çünki insanlar daha da yaxşı yaşayır və demoqrafik vəziyyət yaxşılaşır. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı demoqrafik inkişafa uyğun şəkildə inkişaf etməlidir. Ona görə də iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər 1 milyondan çox iş yeri yaradılıb, biz daim bu məsələni diqqətdə saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir. Dövlət və özəl sektor sərmayə qoymalıdır. Bu istiqamətdə son vaxtlar ciddi addımlar atılır, islahatlar dərinləşir. Beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir. Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır, ictimai infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, ictimai binalar tikilir, parklar yaradılır. Ölkənin hər yerində qanunun aliliyi təmin edilməlidir və edilir. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində, o cümlədən Nardaran qəsəbəsində çox gözəl şərait olsun. Nardaranda bu son aylar görülən işlər göz qabağındadır. Buna şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış məskənidir, burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin sakit yaşaması üçün Azərbaycan dövləti hər şey edir".
"Azərbaycanda məscidlər tikilir, təmir edilir. Biz çox unikal bir ölkədə yaşayırıq. Azərbaycanda bütün dinlərin nümayəndələri çox rahat yaşayır və ölkəmizin inkişafına öz töhfələrini verirlər" - deyə Prezident bildirib.
Dövlət başçısı bildirib ki, bütün məsələlər kompleks şəkildə həllini tapır: "Azərbaycan xalqı və dövləti öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə müsəlman aləmində oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilatın və onun rəhbərlərinin Azərbaycanda gedən proseslərlə bağlı fikirləri mətbuatda dərc olunur. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanda dini məsələlərə verilən yüksək qiymət ən böyük göstəricidir. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət nəticəsində ardıcıl öz həllini tapır. Əsas məsələ odur ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin. İnsanlar özlərini rahat hiss etsinlər və inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın. Beləliklə, biz gələcəyə daha inamla baxaq və öz taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Bu, bizim ən böyük sərvətimizdir. 25 ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı böyük nailiyyətlərə çata bilib".
Prezident İlham Əliyev əsrlər boyu Azərbaycanın başqa dövlətlərin tərkibində yaşadığını söyləyib: "Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı, demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ 19-cu əsrdə Azərbaycan dünya neftinin yarısını hasil edirdi, 20-ci əsrin əvvəlində SSRİ miqyasında xüsusi yer tuturdu, ancaq hamımız yaxşı xatırlayırıq ki, SSRİ dağılanda nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq... Silahlı quldur dəstələri meydan sulayırdı. Bu gün biz öz taleyimizin sahibiyik, bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı bu müstəqilliyi daha da möhkəmləndirməyə çalışmalıdır və müstəqillik əleyhinə heç bir addım atmamalıdır. Birincisi, bu cinayətdir, ikincisi, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir. Bu gün bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın".
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər xidməti



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ