Ermənistanda iqtisadi vəziyyətin getdikcə dözülməz hal aldığı artıq rəsmi dairələr tərəfindən də etiraf olunur.
Baki-xeber.com erməni mətbuatına istinadən xəbər verir ki, baş nazır Ovik Abramyan vəziyyətlə bağlı icra başçılarına müraciət edib. Belə ki, 2017-19-cu illər üzrə xərclərin müzakirə olunduğu müşavirədə o, sərt iqtisadi rejimə keçilməsilə bağlı xəbərdarlıq edərək, icra başçılarını cari xərcləri minimuma endirməyə çağırıb.
Erməni baş nazirin sözlərinə görə, icra strukturlarının işinə əngəl yaratmamaq şərtilə digər xərclərin kəskin azaldılması günün tələbidir.