Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.
Trend-in məlumatına görə, qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra hərbi xidmətə çağırışdan möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.