Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyunun 24-də Gədəbəy rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, qəbulda Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Bildirilir ki, vətəndaşlar qəbula Şəmkir regional ədliyyə şöbəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, habelə Gədəbəy Rayon Mədəniyyət Evində yazıla bilərlər.