İyunun 21-də Ədliyyə Nazirliyinin Nəsimi və Sabunçu rayon icra şöbələrində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə bu Amnistiya qərarının icrası həyata keçirilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, tədbirlərdə amnistiya aktının məhkumlar və bütövlükdə cəmiyyətimiz tərəfindən alqışlandığı, humanizm siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş sayca 4-cü amnistiya aktının mahiyyətindən və əhəmiyyətindən bəhs olunub.
Amnistiya aktının Nəsimi və Sabunçu rayonları üzrə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzalara, o cümlədən cərimə cəzasına və islah işlərinə məhkum olunmuş 50-dən çox şəxsə bir gündə tətbiq edildiyi vurğulanıb.
Cəzadan azad olunan şəxslər dövlət başçısı cənab İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, bir daha cinayət etməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.