Bazar günü günü, 01 noyabr 2026
     

Pre­zi­dent İl­ham Əli­yev Nar­da­ra­nın abad­laş­dı­rıl­mış ye­ni yol­la­rın­da ma­şın sür­dü... (YENI)

Image


İyu­nun 21-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev Sa­bun­çu ra­yo­nu əra­zi­sin­də əsas­lı şə­kil­də ye­ni­dən qu­ru­lan Maş­ta­ğa-Bil­gəh yo­lu­nun, həm­çi­nin Nar­da­ran qə­sə­bə­sin­də Ab­şe­ron və Nəs­rul­la Əs­gə­rov kü­çə­lə­ri­nin açı­lı­şın­da iş­ti­rak edib.

"Azə­rav­to­yol" ASC-nin səd­ri Sa­leh Məm­mə­dov döv­lət baş­çı­sı­na Sa­bun­çu ra­yo­nu əra­zi­sin­də hə­ya­ta ke­çi­ri­lən yol-ti­kin­ti iş­lə­ri ba­rə­də mə­lu­mat ve­rib.

Pre­zi­dent İl­ham Əli­ye­vin 2016-cı il 7 mart ta­rix­li Sə­rən­ca­mı ilə əsas­lı şə­kil­də ye­ni­dən qu­ru­lan Maş­ta­ğa-Bil­gəh av­to­mo­bil yo­lu 63 min nə­fər əha­li­nin ya­şa­dı­ğı 3 qə­sə­bə­ni bir­ləş­di­rir. Uzun­lu­ğu 9 ki­lo­metr olan bu yo­lun hə­rə­kət his­sə­si­nin eni əv­vəl­lər 7 metr idi. Yo­lun as­falt-be­ton ör­tü­yü­nün ya­rar­sız və­ziy­yə­tə düş­mə­si, sə­ki­lə­rin ol­ma­ma­sı həm av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin nor­mal hə­rə­kə­tin­də, həm də və­tən­daş­la­rın ra­hat və təh­lü­kə­siz ge­diş-gə­li­şin­də prob­lem­lər ya­ra­dır­dı. Ti­kin­ti iş­lə­ri za­ma­nı yo­lun eni 9,5 met­rə qə­dər ge­niş­lən­di­ri­lib. Bun­dan baş­qa, yol ya­ta­ğı­nın de­for­ma­si­ya­ya uğ­ra­mış his­sə­lə­ri bər­pa edi­lib, köh­nə as­falt-be­ton ör­tü­yü ye­ni­lə­nib.

Maş­ta­ğa-Bil­gəh av­to­mo­bil yo­lu­nun kə­nar­la­rın­da 1 və 2 metr enin­də sə­ki­lər ti­ki­lib, ye­ni işıq di­rək­lə­ri və yol ni­şan­la­rı qo­yu­lub. Bu yo­lun ye­ni­dən qu­rul­ma­sı ilə nəq­liy­yat va­si­tə­lə­ri­nin in­şa­sı da­vam edən Də­niz­kə­na­rı dai­rə­vi və Zab­rat-Maş­ta­ğa-Bu­zov­na av­to­mo­bil yol­la­rı­na ra­hat və ma­neə­siz çı­xı­şı tə­min olu­nub.

Pre­zi­dent İl­ham Əli­ye­və Nar­da­ran qə­sə­bə­sin­də­ki Ab­şe­ron və Nəs­rul­la Əs­gə­rov kü­çə­lə­ri­nin ye­ni­dən qu­rul­ma­sı la­yi­hə­si ba­rə­də də mə­lu­mat ve­ri­lib.

Döv­lət baş­çı­sı­nın tap­şı­rı­ğı­na uy­ğun ola­raq, Na­zir­lər Ka­bi­ne­ti­nin sə­rən­ca­mı ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın 2015-ci il döv­lət büd­cə­si­nin eh­ti­yat fon­dun­dan "Azə­rav­to­yol" ASC-yə ay­rı­lan və­sa­it he­sa­bı­na bu kü­çə­lər­də ti­kin­ti al­tı­na dü­şən ya­şa­yış və qey­ri-ya­şa­yış ob­yekt­lə­ri­nin kö­çü­rül­mə­si, yol­la­rın ge­niş­lən­di­ri­lə­rək ye­ni­dən qu­rul­ma­sı, su, ka­na­li­za­si­ya və ra­bi­tə xət­lə­ri­nin ye­ni­lən­mə­si iş­lə­ri apa­rı­lıb. 2016-cı ilin mar­tın­da im­za­la­nan Sə­rən­cam­la iş­lə­rin da­vam et­di­ril­mə­si üçün "Azə­rav­to­yol" ASC-yə əla­və və­sa­it ay­rı­lıb və kü­çə­lə­rin ye­ni­dən qu­rul­ma­sı iş­lə­ri bu qu­rum tə­rə­fin­dən ye­kun­laş­dı­rı­lıb.

Bil­di­ri­lib ki, 2360 metr uzun­lu­ğun­da Ab­şe­ron kü­çə­si­nin ye­ni­dən­qur­ma­dan əv­vəl hə­rə­kət zo­laq­la­rı­nın sa­yı iki, eni isə or­ta he­sab­la 8 metr olub. Kü­çə­nin uzun müd­dət tə­mir edil­mə­mə­si, en­siz­li­yi, hə­rə­kət his­sə­si­nin sı­ra­dan çıx­ma­sı, sə­ki­lə­rin və işıq­lan­dır­ma sis­te­mi­nin ol­ma­ma­sı nəq­liy­ya­tın və pi­ya­da­la­rın hə­rə­kə­tin­də bö­yük çə­tin­lik­lər ya­ra­dır­dı. La­yi­hə­yə əsa­sən, yo­lun eni ge­niş­lən­di­ri­lə­rək dörd­zo­laq­lı ol­maq­la 18 met­rə çat­dı­rı­lıb. Kü­çə bo­yu hər iki is­ti­qa­mət üz­rə 2 metr enin­də ye­ni sə­ki­lər ti­ki­lib. Ab­şe­ron və Nəs­rul­la Əs­gə­rov kü­çə­lə­ri­nin kə­siş­mə­sin­də ye­ni dai­rə in­şa olu­nub.

Nar­da­ran qə­sə­bə­si­nin mər­kə­zin­dən Rə­hi­mə xa­nım zi­ya­rət­ga­hı­na qə­dər 1050 metr uzun­lu­ğun­da Nəs­rul­la Əs­gə­rov kü­çə­si­nin eni əv­vəl­lər 6 metr olub. La­yi­hə çər­çi­və­sin­də yo­lun eni ge­niş­lən­di­ri­lə­rək 16 met­rə çat­dı­rı­lıb. İki­tə­rəf­li işıq­lan­dır­ma di­rək­lə­ri qu­raş­dı­rı­la­raq tam ye­ni müa­sir yol in­fras­truk­tu­ru ya­ra­dı­lıb. Ha­zır­da bu kü­çə 2 ge­diş və 2 gə­liş ol­maq­la 4 hə­rə­kət zo­la­ğın­dan iba­rət­dir. Bu­ra­da hər iki is­ti­qa­mət üz­rə 2 metr enin­də ye­ni sə­ki­lər ti­ki­lib. Rə­hi­mə xa­nım zi­ya­rət­ga­hı­nın qar­şı­sın­da av­to­mo­bil­lər üçün da­ya­na­caq da ya­ra­dı­lıb.

Yük­sək key­fiy­yət­lə apa­rı­lan iş­lər za­ma­nı hər iki kü­çə bo­yu ye­ni ha­sar­lar ti­ki­lib, hə­yət­lə­rə de­ko­ra­tiv gi­riş qa­pı­la­rı qo­yu­lub, ye­ni ye­ral­tı qaz, işıq, ra­bi­tə, su və ka­na­li­za­si­ya xət­lə­ri çə­ki­lib, köh­nə­lə­ri isə ta­ma­mi­lə tə­zə­lə­nib.

Azər­bay­can Pre­zi­den­ti­nə ha­zır­da in­şa­sı da­vam et­di­ri­lən Ra­ma­na-Maş­ta­ğa av­to­mo­bil yo­lu ilə də bağ­lı mə­lu­mat ve­ri­lib.

Döv­lət baş­çı­sı­nın bu ilin mar­tın­da im­za­la­dı­ğı Sə­rən­ca­ma əsa­sən, ti­kin­ti­si "Azə­rav­to­yol" ASC tə­rə­fin­dən da­vam et­di­ri­lən Ra­ma­na-Maş­ta­ğa yo­lu­nun uzun­lu­ğu 11 min 500 metr­dir. Yo­lun ha­zır­da eni 6-7 metr­dir. Ge­niş­lən­di­ril­dik­dən son­ra yo­lun eni 8-9 met­rə çat­dı­rı­la­caq, hə­rə­kət zo­laq­la­rı­nın sa­yı isə iki ola­caq. Tə­mir iş­lə­ri za­ma­nı su, qaz, elek­trik və ra­bi­tə xət­lə­ri kö­çü­rü­lüb.

Pre­zi­dent İl­ham Əli­yev əsas­lı şə­kil­də ye­ni­dən qu­ru­lan Maş­ta­ğa-Bil­gəh yo­lu­nun, həm­çi­nin Nar­da­ran qə­sə­bə­sin­də Ab­şe­ron və Nəs­rul­la Əs­gə­rov kü­çə­lə­ri­nin rəm­zi açı­lı­şı­nı bil­di­rən len­ti kə­sib.

Döv­lət baş­çı­sı ye­ni yol­da av­to­mo­bi­li ida­rə edib.

Pre­zi­dent Nar­da­ran qə­sə­bə­sin­də sa­kin­lər­lə də gö­rü­şüb. Döv­lət baş­çı­sı gö­rüş­də çı­xış edib.

Qə­sə­bə­də və ət­raf əra­zi­lər­də yol­la­rın ye­ni­dən qu­rul­ma­sın­dan da­nı­şan Pre­zi­dent İl­ham Əli­yev Ba­kı qə­sə­bə­lə­ri­nin, o cüm­lə­dən Nar­da­ra­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı ilə bağ­lı təd­bir­lə­rin bun­dan son­ra da da­vam et­di­ri­lə­cə­yi­ni de­yə­rək, ye­ni iş yer­lə­ri­nin açıl­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­yıb. Ba­kı­nın qə­dim ya­şa­yış məs­kən­lə­rin­dən olan Nar­da­ran qə­sə­bə­si sa­kin­lə­ri­nin da­im döv­lət­çi­li­yə sa­diq ol­duq­la­rı­nı bil­di­rən Azər­bay­can Pre­zi­den­ti öl­kə­miz­də bü­tün azad­lıq­la­rın, o cüm­lə­dən din azad­lı­ğı­nın tam tə­min edil­di­yi­ni diq­qə­tə çat­dı­rıb. Bu sa­hə­də Azər­bay­ca­nın əl­də et­di­yi nai­liy­yət­lə­rin bey­nəl­xalq təş­ki­lat­lar tə­rə­fin­dən də yük­sək qiy­mət­lən­di­ril­di­yi­ni bil­di­rən Pre­zi­dent İl­ham Əli­yev qeyd edib ki, qə­sə­bə sa­kin­lə­ri də öl­kə­mi­zin müs­tə­qil­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si işi­nə töh­fə ve­rir.

Qə­sə­bə sa­ki­ni Ağa­sə­id Oru­cov gös­tər­di­yi yük­sək diq­qət və qay­ğı­ya gö­rə nar­da­ran­lı­lar adın­dan Azər­bay­can Pre­zi­den­ti­nə min­nət­dar­lı­ğı­nı bil­di­rib.

Son­ra Pre­zi­dent İl­ham Əli­yev qə­sə­bə sa­kin­lə­ri ilə söh­bət edib.


"Nardaran sakinləri dövlətçiliyə daim sadiq olublar”

Prezident Nardaran qəsəbəsində sakinlərlə görüşü zamanı deyib ki, Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.

Dövlət başçısı yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb. Bakının qədim yaşayış məskənlərindən olan Nardaran qəsəbəsi sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən Azərbaycan prezidenti ölkəmizdə bütün azadlıqların, o cümlədən din azadlığının tam təmin edildiyini diqqətə çatdırıb.

Bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, qəsəbə sakinləri də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verirlər.


"Çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə qalmasın”

"Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yeniləşməsində çox əlamətdar bir gündür, daxili yolların təmiri başa çatıb”. Bunu da Prezident İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, bir müddət əvvəl Nardaran sakinləri ona müraciət edib, qəsəbəyə dəvət ediblər: "Mən hesab etdim ki, əliboş gəlməyim, o vaxt gəlim ki, bu yollar hazır olsun. Bu gün də bu yollar açılır. Mən çox şadam ki, bu yollar gözəl görkəm alıb. Həm Maştağa-Bilgə yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub. Yollar genişlənib, köçürülmüş evlər üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işdə yerli qəsəbə sakinləri də iştirak ediblər. Azərbaycanın hər bir yeri, qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı sürtələ gedir, bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik, qaz, su təchizatı yaxşılaşır. Bu infrastruktur layihələrinin böyük əksəriyyəti icra edilib”.

Prezident İlham Əliyev bildirib ki, yol infrastrukturu kanalizasiya xətlərinin çəkilişi ilə uzlaşmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə də qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq ”.


"Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir və edilir”

President qeyd edib ki, iş yerlərinin açılması prosesi daim getməlidir. Baxmayaraq ki, son illər Azərbaycanda böyük işlər görülüb, əhali artır.

Dövlət başçısı bildirib ki, əhalinin artması da iqtisadi inkişafın təzahürüdür: "Çünki insanlar daha da yaxşı yaşayır və demoqrafik vəziyyət yaxşılaşır. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı demoqrafik inkişafa uyğun şəkildə inkişaf etməlidir. Ona görə də iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər 1 milyondan çox iş yeri yaradılıb, biz daim bu məsələni diqqətdə saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir. Dövlət və özəl sektor sərmayə qoymalıdır. Bu istiqamətdə son vaxtlar ciddi addımlar atılır, islahatlar dərinləşir. Beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir. Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır, ictimai infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, ictimai binalar tikilir, parklar yaradılır. Ölkənin hər yerində qanunun aliliyi təmin edilməlidir və edilir. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində, o cümlədən Nardaran qəsəbəsində çox gözəl şərait olsun. Nardaranda bu son aylar görülən işlər göz qabağındadır. Buna şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış məskənidir, burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin sakit yaşaması üçün Azərbaycan dövləti hər şey edir”.


"Heç kim müstəqillik əleyhinə addım atmamalıdır”

"Azərbaycanda məscidlər tikilir, təmir edilir. Biz çox unikal bir ölkədə yaşayırıq. Azərbaycanda bütün dinlərin nümayəndələri çox rahat yaşayır və ölkəmizin inkişafına öz töhfələrini verirlər” - deyə Prezident bildirib.

Dövlət başçısı bildirib ki, bütün məsələlər kompleks şəkildə həllini tapır: "Azərbaycan xalqı və dövləti öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə müsəlman aləmində oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilatın və onun rəhbərlərinin Azərbaycanda gedən proseslərlə bağlı fikirləri mətbuatda dərc olunur. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanda dini məsələlərə verilən yüksək qiymət ən böyük göstəricidir. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət nəticəsində ardıcıl öz həllini tapır. Əsas məsələ odur ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin. İnsanlar özlərini rahat hiss etsinlər və inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın. Beləliklə, biz gələcəyə daha inamla baxaq və öz taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Bu, bizim ən böyük sərvətimizdir. 25 ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı böyük nailiyyətlərə çata bilib ”.

Prezident İlham Əliyev əsrlər boyu Azərbaycanın başqa dövlətlərin tərkibində yaşadığını söyləyib: "Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ 19-cu əsrdə Azərbaycan dünya neftinin yarısını hasil edirdi, 20-ci əsrin əvvəlində SSRİ miqyasında xüsusi yer tuturdu, ancaq hamımız yaxşı xatırlayırıq ki, SSRİ dağılanda nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq... Silahlı quldur dəstələri meydan sulayırdı. Bu gün biz öz taleyimizin sahibiyik, bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı bu müstəqilliyi daha da möhkəmləndirməyə çalışmalıdır və müstəqillik əleyhinə heç bir addım atmamalıdır. Birincisi, bu, cinayətdir, ikincisi, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir. Bu gün bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın”.

Son­da xa­ti­rə şək­li çək­di­ri­lib.

Xə­bər xid­mə­ti




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ