Məlum olduğu kimi, bu yaxınlarda İrəvanın mərkəzində Hitlerin və Himmlerin yaxın dostları əli minlərlə sovet əsgərinin qanına bulaşmış satqın erməni faşisti Qaregin Njdeyə və Drasmat Kananyana abidə ucaldıblar, adlarına sikkələr buraxıblar, barələrində qəhrəmanlıq filmləri çəkir, küçə və meydanlara onların adlarını verirlər. Halbuki bu, BMT-nin məlum qətnaməsinə açıq-aşkqr ziddir.
Bu günlərdə Azərbaycanın Böyük Vətən Müharibəsi veteranları bununla bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Azərbaycanlı veteranlar Böyük Vətən Müharibəsinə böyük hörmətlə yanaşılan Rusiyanın özündə bu hadisəyə heç bir reaksiya verilməməsindən təəccüblənirlər. Müharibə veteranları faşizmə qarşı müharibədə həyatını itirmiş bütün insanların xatirəsinə təhqir sayıla biləcək Ermənistandakı bu hadisədən bərk narahat olduqlarını bildirir və bunu yolverilməz sayırlar. Sonda veteranlar Vətən Müharibəsində həlak olanların işıqlı xatirəsinə sadiq qaldıqlarını və erməni-faşist ideologiyasına qarşı mübarizədə bundan sonra da bütün qüvvələrini birləşdirəcəklərini bildirirlər.
Müraciətin tam mətni yaxın saatlarda saytımıza yerləşdiriləcək.
Baki-xeber.com