Prezident İlham Əliyev bu gün Bakının Sabunçu rayonundakı Nardaran qəsəbəsində son zamanlar aparılan quruculuq işlərilə yerində tanış olmaq üçün sözügedən qəsəbədə olub.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 15 illiyi ilə bağlı tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, Prezident Nardaran qəsəbəsində məscidlərə baş çəkib: "İndi orada hər şey normaldır, heç bir qarşıdurma yoxdur”. ("Report")