Avropa İttifaqı İyunda anti-Rusiya sanksiyalarının müddətini artıracaq. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə Avrokomissiyanın başçısı Jan Klod Yunker Euronews-a müsahibəsində deyib.
Avrokomissiya rəhbəri bu qərarı Rusiyanın Minsk razılaşmasına əməl etməməsilə izah edib. Və bildirib ki, müddətin uzadılacağı 6 ay ərzində bu istiqamətdə monitorinqlər davam edəcək.
Bu arada AFR dövlətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bildirib ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini istisna etmir. Onun sözlərinə görə, hazırda Berlin sanksiyaların qaldırılması üçün heç bir əsas görmür, hətta əksinə onların sərtləşdirilməsinə ehtiyac var.
Anti-Rusiya sanksiyalarının davam etdirilməsi fikrini NATO Baş katibi Yens Stoltonberq də dəstəkləyib. Onun sözlərinə görə, Rusiya özünü bu şəkildə aparmaqda davam etdiyi müddətdə iqtisadi sanksiyaların qaldırılması söhbət mövzusu olmamalıdır. Stoltonberq onu da deyib ki, bu məsələdə Aİ ölkələri arasında "tam razılıq” mövcuddur.