Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlham Əliyev Putinlə ikitərəfli görüşdə Sarkisyanın öncədən işə saldığı planı pozdu
Tarix: 21.06.2016 / 01:10
Bölmə: Gündəm
Sarkisyan diqqəti qeyri-prinsipial istiqamətə yönəltmək istəsə də, Azərbaycan Prezidenti "Qarabağ-status-kvo" mövzusunu istisnasız qabartdı
Aydın Quliyev: "Sarkisyan Peterburq görüşünü mənasız məsələlərin müzakirəsinə yönəltmək istəyir"
Rusiya prezidentinin mətbuat katibi dünən görüşdən qabaq prezidentlərin Qarabağ görüşü haqqında maraqlı proqnoz vermişdi. Peskov danışıqların çox gərgin keçəcəyini, ümumiyyətlə, çox gərgin bir iş günü olacağını bildirmişdi.
Peskov demişdi ki, hazırda əsas məqsəd hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaqdır.
Dünən Sankt-Peterburqda Qarabağ danışıqları ilə bağlı Rusiya və Ermənistan prezidentlərinin ikitərəfli görüşü olub. RİA "Novosti"nin məlumatına görə, görüşdə Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması Dağlıq Qarabağ danışıqlarının aparılması üçün yaxşı zəmin yaradacaq.
"İstəyirik ki, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunsun", - deyə o vurğulayıb.
S.Sarkisyan onu da deyib ki, bu cür münaqişələr bir tərəfin arzusu ilə həll olunmur. "Əgər artıq əldə etdiyimiz anlaşmaların implementasiyası üzrə irəliləsəydik, yəni insidentlərin araşdırılması mexanizmlərini yarada bilsəydik, sevinərdik. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradardı". O da bildirilmişdi ki, guya Putin bütün bu məsələləri müzakirə etməyə razılıq verib. Dünən dərhal bu xəbəri şərh edən "Bakı-Xəbər"in baş redaktoru Aydın Quliyev deyib: "Sarkisyanın Putinlə görüşündən verilən kiçik xəbər bir çox mühüm mətləbləri ortaya qoyur. Aşkar görünür ki, bütün dünya, o cümlədən Azərbaycan bu üçtərəfli görüşdən çərçivə sazişi ilə bağlı mühüm irəliləyiş gözlədiyi halda, Sarkisyan danışıqlar mövzusunu çox dar və qeyri-prinsipial bir dəhlizə soxmaq istəyir. Guya faktların araşdırılması mexanizmi çox vacib imiş və guya bu mexanizm olsa, Qarabağ problemi həll ediləcək. Bu absurddur. Görünür ki, Sarkisyan bu görüşü çox mənasız bir istiqamətə yönəltmək istəyir ki, əsas mövzu toxunulmamış qalsın. Məsələn, status-kvo-nun dəyişdirilməsi məsələsi nəzərdən yayındırılsın və sadəcə danışıqlar uzansın. Gözləyək, görək Putin Azərbaycan Prezidenti ilə nəyi müzakirə edəcək. Bu çox mühüm məsələdir. Ancaq onu da deyim ki, ermənilərin Vyana görüşündən sonra niyə atəşkəsə əməl etmədiklərinin səbəbini Sarkisyanın davranışları artıq sübut etdi. Aprelin 16-dan indiyədək hər gün atəşkəsi yüz dəfədən çox pozmaqla Sarkisyan bugünkü Peterburq görüşündə faktaraşdırma mexanizminin guya çox vacib məsələ kimi gündəmə gətirilməsinə nail olmaq istəyirdi. Demək, son iki ayda ermənilərin atəşkəs pozuntusunu intensivləşdirməsi indiki Peterburq danışıqlarına hesablanmış taktika olub".
Göründüyü kimi, üçtərəfli Qarabağ görüşündən qabaq prosesin çətin və ziddiyyətli gedəcəyinin əlamətləri ortada idi. Aydın məsələdir ki, Azərbaycan Prezidenti Putinlə görüşdə Qarabağ mövzusunda müzakirənin ikinci-üçüncü dərəcəli məsələlər barədə aparılmasına nail olmaq istəyən Sarkisyanın taktikasına uya bilməzdi və bu taktikanın mahiyyətini öncədən görərək onu pozmağa çalışacaqdı. Həqiqətən də Putinlə ikitərəfli görüşdə İlham Əliyev status-kvo məsələsini danışıqların önəmli mövzusuna çevirməklə Sarkisyanın taktikasını tam alt-üst etdi. Belə ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində "status-kvo" qəbuledilməzdir: "Əlbəttə, bu gün əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Mən görüş keçirmək təşəbbüsünə, Rusiyanın nizamlanma işində oynadığı konstruktiv rola görə Sizə təşəkkür edirəm".
Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzanıb: "Rusiya və ATƏT-in Minsk Qrupunun digər həmsədlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tam dəstəkləyirik, lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıqdır işğal altında olan Azərbaycan ərazilərinin işğalının dayandırılmasına başlamaq lazımdır".
İlham Əliyev vurğulayıb ki, bu məsələ Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı müzakirə olunacaq: "Bizdə ümid var ki, son iki ildə praktiki olaraq aparılmayan danışıqlar prosesinə konstruktiv dinamika verə biləcəyik".
Material hazırlanarkən Peterburqda üçtərəfli İlham Əliyev-Putin-Sarkisyan görüşünün olub-olmadığı ilə bağlı rəsmi məlumat hələ yox idi. Odur ki, üçtərəfli görüşün hansı müzakirəyə həsr olunacağını hələlik demək çətindir. Ancaq ikitərəfli görüşdə İlham Əliyevin prinsipial status-kvo məsələsi üzərində təkid etməsi heç bir şübhə yeri qoymur ki, Azərbaycan Prezidenti üçtərəfli görüşdə də Sarkisyanın taktikalarına aman verməyəcək.
Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı iqtisadi məsələlər də müzakirə edilib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, prezidentlərin Sankt-Peterburq görüşündə ikitərəfli münasibətlər müzakirə olunub.
"Bu gün müzakirə edəcəyimiz problem bəllidir. Bu bizə çoxdan qalan Qarabağ problemidir. Lakin mən görüşümüzdən istifadə edib ikitərəfli münasibətlərimiz haqqında danışmaq istəyirəm. Bizə məlum olan səbəblərdən, təəssüf ki, ticarət dövriyyəmizin aşağı düşməsini müşahidə edirik",- deyə Putin qeyd edib.
Rusiya prezidenti bildirib ki, hər iki lider bunun səbəbini bilir: "Ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb enerji daşıyıcılarının qiymətinin ucuzlaşması və eləcə də milli valyutaların məzənnəsi arasındakı fərqdir".
Prezidentlər ikitərəfli əməkdaşlığın humanitar perspektivlərini də müzakirə ediblər: "Bilirik ki, Azərbaycanda rus dilinin öyrənilməsinə necə həssas yanaşılır. Bizim ali məktəblərin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Bütün bunları yüksək qiymətləndiririk. Ümid edirəm ki, belə işlər bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək".
Prezident İlham Əliyev rusiyalı həmkarını Peterburq İqtisadi Forumunun uğurlu keçməsi münasibətilə təbrik edib. İ.Əliyev Azərbaycanın bu forumda fəal iştirak etdiyini söyləyib. Rusiya-Azərbaycan ticarət dövriyyəsindən danışan İ.Əliyev bunun müvəqqəti xarakter daşıdığını qeyd edib: "Biz ticarət dövriyyəsinin bərpa olunmasının yollarını və möhkəmləndirilməsini axtarırıq. Hesab edirəm ki, bu baş verəcək. Bundan başqa, bizim enerji sahəsində qarşılıqlı aktiv fəaliyyətimiz var. Nəqliyyat əməkdaşlığında da yaxşı perspektivlərimiz var".
İ.Əliyev Vladimir Putini Azərbaycanda görmək arzusunda olduğunu da bildirib.
Dünən Putinin prezidentlərlə ikitərəfli görüşlərindən sonra Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü də olub.
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ