Artıq xəbər verildiyi kimi, bu gün Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya dövlətinin başçısı Vladimir Putin arasında Qarabağ münaqişəsilə bağlı görüş keçirilib.
Baki-xeber.com-un Eadaily-yə istinadən xəbərinə görə, Kremlin mətbuat xidmətindən görüşdə ikitərəfli münasibətlərin hazırkı durumu, humanitar əməkdaşlıq və Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələrin aparıldığı xəbər verilir.
Xəbərə görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyev Qarabağ konfliktinin çözülməsi üçün ilk növbədə status-kvonun aradan qaldırılmalı olduğunu bildirib. Prezident deyib ki, bu vəziyyət artıq 20 ildən çoxdur davam edir və bu artıq yolverilməzdir. İlham Əliyev status-kvo-nun dəyişməsi üçün isə Qarabağın işğaldan azad edilməsinin və Ermənistan qoşunlarının bölgədən çıxarılmasının şərt olduğunu deyib.