Sankt-Peterburqda keçirilmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sammitdə müsbət addımlar atıldı.
"Trend”-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik twitter səhifəsində yazıb. O qeyd edib ki, görüşün yekununda bəyanat qəbul olunub: "Biz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması istiqamətində işləməliyik”.
Uorlik bu günlərdə prezidentlərin Sankt-Peterburq görüşündə iştirak edəcəyini bildirsə də, bu gün görüşə qatılmamasının səbəblərinə isə aydınlıq gətirməyib.