Almaniya kanslerinin keçmiş dəftərxana rəhbəri, "Peterburq dialoqu”nun həmsədri Ronald Pofalla "Səkkizlik” formatında Rusiya ilə əməkdaşlığın bərpasını alqışlayıb.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Contra Magazin” yazır.
Xəbərə görə, Rusiya və Almaniya ekspertlərinin Soçidə "Peterburq dialoqu” çərçivəsində keçirilən görüşündə siyasətçi Rusiyanın artıq gələn il "G8”-in sammitində iştirak edə biləcəyini bildirib.
"Biz Moskvanın Avropa və Qərbə doğru addım atmaqda maraqlı olduğunu görürük. Belə davam edərsə, Rusiyanın gələn il "Böyük Səkkizliy”in sammitində iştirak edəcəyi real görsənir”- pofalla açıqlamasında bildirib.
Daha öncə Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer də Rusiyanın G8-ə qayıdışını mümkün sayıb.