Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlərdə verdiyi itkilərin sayını açıqlamaqda davam edir. APA-nın məlumatına görə, qondarma "DQR” müdafiə nazirliyindən RİA "Novosti”yə bildiriblər ki, döyüş zamanı 56 erməni hərbçi ölüb.
"Aprelin 7-nə olan məlumata görə, itkilərimiz 36 nəfər idi. Ötən günlərdə daha 20 meyit tapılıb, yaxud da Azərbaycan tərəfindən bizə təhvil verilib. Beləliklə, ölənlərin sayı 56 nəfərə çatıb”, - deyə qondarma rejimin müdafiə nazirliyindən qeyd ediblər.