çərşənbə günü, 04 noyabr 2026
     

İlham Əliyevlə Medvedevin çox məzmunlu, ancaq hələlik “səssiz Qarabağ müzakirəsi”...

Image


Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə məhdud tərkibdə görüşü olub (Trend). Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökumətinin Sədri Dmitri Medvedevi qarşıladı. Azərbaycan Prezidenti və Rusiya Hökumətinin Sədri birgə foto çəkdirdilər.

Daha sonra Prezident İlham Əliyevin və Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

İlham Əliyev Dmitri Medvedevi salamlayıb və qeyd edib ki, Azərbaycan və Rusiya arasında gündəlikdə geniş məsələlər var. Dövlət başçısı bildirib: "Səfəriniz Rusiya və Azərbaycan arasında dost, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Çox dinamik inkişaf edən və strateji tərəfdaşlıq səviyyəsinə çıxan münasibətlərimizin müzakirəsi üçün olduqca geniş gündəlik mövcuddur".

İlham Əliyev deyib ki, D.Medvedevin səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir: "Təəssüf ki, uzun illər ərzində münaqişə öz həllini tapmadı. Vaxtaşırı olaraq Ermənistan tərəfindən silahlı təxribatlarla üzləşirik. Aprelin əvvəlində Ermənistan tərəfindən növbəti təxribat oldu. Azərbaycanın yaşayış məntəqələri atəşə tutuldu. 400-dən artıq ev zərər gördü, dinc sakinlər arasında da həlak olanlar var".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi hərbi təxribatın qarşısını almaq və atəşkəs rejimini bərpa etmək üçün cavab tədbirləri görmək məcburiyyətində idi: "Vəziyyətin deeskalasiyası prosesi üzrə vaxtında göstərdiyi səylərə və fəaliyyətə görə Rusiya rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Rusiya Prezidenti Vladimir Putin mənə və Ermənistan Prezidentinə zəng etdi. Həmçinin Rusiya Federasiyası Baş Qərargah rəisi iki ölkənin Baş Qərargah rəisləri ilə təmasda idi. Vasitəçilik səyləri nəticəsində sülh bərpa edildi, hərçənd qarşı tərəf buna heç də həmişə riayət etmir".

İlham Əliyev əlavə edib: "Qeyd etmək istəyirəm ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında sülh və siyasi yolla nizamlanmasına sadiqdir".

Dövlət başçısı diqqətə çatdırıb ki, D.Medvedevin səfəri, həmçinin münasibətlərimizin gündəliyindəki digər məsələləri - ticarət-iqtisadi əlaqələri, enerji, nəqliyyat, humanitar sahələri - müzakirə etmək üçün yaxşı imkandır: "Bir daha demək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər çox yaxşı dinamika nümayiş etdirir və dostluğu, səmimiliyi ilə fərqlənir".

Prezident bildirib ki, Azərbaycan Rusiya Baş naziri Dmitri Medvedevin səfərinə böyük önəm verir. İlham Əliyev bildirib: "Əminəm ki, bu, Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. Biz sizinlə ayrıca söhbətdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə etdik. Vəziyyətin deeskalasiyası işində aktiv vasitəçiliyinə görə Rusiya Federasiyasına bir daha təşəkkür etmək istəyirəm".

Dövlət başçısı qeyd edib: "Bizim bir çox istiqamətlər üzrə çox yaxşı dinamikamız mövcuddur. Obyektiv səbəblərə görə əmtəə dövriyyəsi bir az azalmasına baxmayaraq, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial var, enerji, nəqliyyat sahələrində böyük potensial mövcuddur".

Azərbaycan Prezidentinin sözlərinə görə, şübhəsiz ki, humanitar sahədə də ənənəvi əməkdaşlıq mövcuddur, bu sahədə çox yaxşı perspektivlər və yaxşı nəticələr var: "Bu, ümumiyyətlə münasibətlərimizin əsasıdır. Buna görə də ümid edirəm ki, həmkarlarımızla ticari-iqtisadi və siyasi əlaqələrimizin konkret məsələlərini ətraflı müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz".

Medvedev isə qeyd edib ki, Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə strateji tərəfdaşdırlar. Baş nazi bildirib: "Allaha şükür, münasibətlərimizin palitrası, əlaqələrimiz yalnız problemlərdən keçmir, münasibətlərimizin böyük təbəqəsi var və burada bizim çox irəli getmiş əməkdaşlığımız, strateji təərfdaşlığımız var, eləcə də iki ölkə iqtisadiyyatının daha sinxron işləyərək yaxşı effektə çatması üçün əlavə səylər göstərmək imkanı mövcuddur".

Rusiyalı Baş nazir qeyd edib ki, ötən il iki ölkə arasında mal dövriyyəsinin həcmi azalıb. Lakin onun sözlərinə görə, bu, ölkələrin bir-birinə tədarük etdiyi malların qiymətlərindəki dəyişikliklə bağlı olub: "Bununla belə, bir sıra layihələri canlandırmaq mümkündür".

D.Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə bu məsələni, eləcə də humanitar məsələləri müzakirə etməyi təklif edib.

Baş nazir bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır. Rusiyalı Baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etdiyini vurğulayıb.

D.Medvedev bildirib: "Mən özüm də vaxtilə buna xeyli səy göstərdim və qeyd etmək istərdim ki, bütün bunlar boşuna getmədi, itmədi. Hər halda şübhə etməyə bilərsiniz ki, Rusiya Federasiyası bunun üçün bizdən asılı olan hər şeyi edəcək".

Baş nazir əlavə edib ki, səfər zamanı həmçinin Azərbaycan və Rusiya arasında müzakirə ediləcək bir çox müxtəlif birgə layihələr var.


İlham Əliyev: "Dmitri Medvedevin səfərinə Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi baxırıq"

"Rusiyanın Baş naziri Dmitri Medvedevin Bakıya bugünkü səfərini Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi nəzərdən keçiririk". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Baş naziri Dmitri Medvedev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında deyib.

İlham Əliyev bildirib: "Sizin səfərinizə böyük önəm veririk. Bu gün geniş tərkibdə danışıqlarda və təkbətək görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin vacib məsələlərini, regional problemləri müzakirə etdik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri, xüsusən bu yaxınlarda münaqişə zonasında eskalasiya nəzərə alınmaqla, ətraflı müzakirə etdik".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevin Bakıda rəsmi səfərdə olmasını çox yüksək qiymətləndirir: "Mən Dmitri Anatolyeviçi Azərbaycana səfərə dəvət etmişdim. Bilirəm ki, səfər onun planlarında var idi, lakin bu səfərin bu gün həyata keçirilməsinə Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi baxırıq. Hamımız bilirik ki, Dmitri Anatolyeviçin Ermənistana aprelin 7-nə rəsmi səfəri planlaşdırılmışdı. Münaqişə zonasında mövcud vəziyyət nəzərə alınmaqla, aprelin 8-də Azərbaycana səfər etmək qərarını çox yüksək qiymətləndiririk. Bu, bir daha ondan xəbər verir ki, Rusiya üçün həm Ermənistanla, həm də Azərbaycanla münasibətlər böyük önəm kəsb edir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan üçün də Rusiya ilə münasibətlər böyük önəm kəsb edir: "Biz bu münasibətlərə dəyər veririk, onları qiymətləndiririk və onları genişləndirməyə, möhkəmləndirməyə çalışırıq. Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmasına gəlincə, təəssüf ki, münaqişə uzun illərdir öz həllini tapmır, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın ona bitişik yeddi rayonu 20 ildən artıqdır işğal altındadır. Oradan bütün Azərbaycan əhalisi çıxarılıb, bütün evlər, tarixi abidələr dağıdılıb. Təkcə münaqişə zonasından 700 mindən çox məcbur köçkünümüz var. Buna Ermənistandan 250 mindən çox qaçqını əlavə etsək, 1994-cü ildə barışığa nail olunanda adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə ən yüksək faiz göstəricilərindən birinə malik idik".

Dövlət başçısı qeyd edib ki, münaqişənin nizamlanması üçün mexanizmlər, BMT-nin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur, lakin təəssüf ki, onlar həyata keçirilmir.

Prezidentin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanması işində vacib rol oynayır: "Bu rolu yüksək qiymətləndiririk. Ermənistan tərəfindən növbəti silahlı təxribat fonunda mövqelərimiz atəşə məruz qalanda, o cümlədən yaşayış məntəqələrinə zərər vurulanda bu rol özünü xüsusilə göstərdi. Qoşunların təmas xəttinə yaxın ərazilərdə 400-dən artıq ev zərər gördü, onlardan onlarla ev tamamilə dağıdıldı, qurbanlarımız var, o cümlədən də dinc əhali arasında".

Dövlət başçısı vurğulayıb ki, bu şəraitdə Rusiya tərəfi münaqişənin deeskalasiyası üçün təşəbbüs göstərdi: "Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin mənə və Ermənistan Prezidentinə zəng edərək narahatlığını, eləcə də vəziyyətin deeskalasiyası üzrə tərəflərə kömək etmək səyini bildirdi. Bütün bunları müsbət qəbul etdik. Moskvada Rusiya Federasiyası Baş Qərargah rəhbərinin iştirakı ilə üç ölkənin Baş Qərargah rəhbərləri arasında görüş keçirildi. Görüşdə hərbi fəaliyyətin dayandırılması barədə qərar qəbul olundu. Sözsüz ki, bu qərara əməl edirik və ümid edirik ki, erməni tərəfi də buna sadiq qalacaq".

Prezident bir daha vurğulayıb ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir: "20 il ərzində danışıqlar aparılır və Ermənistan tərəfdən Azərbaycanın eskalasiyanın təşəbbüskarı olması ilə bağlı bütün ittihamlar tamamilə əsassızdır. Çünki aprelin əvvəlində baş verən hərbi toqquşmaların xarakteri ondan xəbər verir ki, bizim irimiqyaslı hərbi əməliyyatlara başlamaqla bağlı heç bir niyyətimiz olmayıb və yoxdur. Biz sadədə mövqelərimizi, vətəndaşlarımızın dinc həyatını qoruyurduq".

İlham Əliyev bildirib: "Buna görə də münaqişənin nizamlanması Azərbaycanın marağındadır və əminəm ki, Ermənistanın da marağındadır, eləcə də Rusiya münaqişənin tezliklə nizamlanmasında maraqlıdır. Danışıqlar prosesini davam etdirəcəyik. Bu yaxınlarda regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədlərinin təşəbbüsünü alqışlayırıq və ümid edirik ki, Minsk qrupunun status-kvonun dəyişdirilməli olduğuna dair çağırışları Ermənistanda da eşidiləcək. Status-kvonun dəyişməsi, Azərbaycan torpaqlarının işğalından imtina etmək münaqişənin irimiqyaslı nizamlanması üçün əsas şərtdir. Bu baş verən kimi regionda sülh, əmin-amanlıq, əməkdaşlıq bərpa olacaq və bundan regionun bütün ölkələri qazanacaq".

Gündəliyin digər məsələsinə toxunan İlham Əliyev diqqətə çatdırıb: "İqtisadi problemləri, ticarət-iqtisadi münasibətləri, enerji, nəqliyyat və humanitar əməkdaşlıq sahəsində münasibətləri ətraflı müzakirə etdik. Bütün istiqamətlər üzrə yaxşı dinamika var. İstiqamətlər üzrə böyük səmərəliliklə konkret işləyən hökumətlərarası komissiya aktiv çalışır. Rusiya ilə münasibətlərə strateji xarakterli münasibətlər kimi baxırıq və eyni münasibəti Rusiya rəhbərliyindən, Rusiya tərəfdən görürük. Dmitri Anatolyeviçin səfəri bu münasibətlərin xarakterini bir daha təsdiq edir və əməkdaşlığımızn möhkəmləndirilməsinə böyük töhfə verir. Sizə ən xoş arzularımı bildirirəm. Rusiya xalqına dərin hörmətimi ifadə etmək istəyirəm, Rusiya dövlətinə uğurlar və çiçəklənmə arzulayıram".

Rusiya Baş naziri Dmitri Medvedev isə qeyd edir ki, Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərinin səviyyəsini yüksək qiymətləndirir.

Dmitri Medvedev bildirib: "Biz Azərbaycanla qarşılıqlı münasibətlərin belə səviyyəsini, dostluq ənənələrini, qarşılıqlı anlayışı yüksək qiymətləndiririk. Bunlar əsrlər ərzində formalaşıb və hazırda öz yaxşı bəhrələrini verir".

Baş nazirin sözlərinə görə, görüşdə tərəflər gündəliyin bütün məsələləri üzrə müzakirə aparıblar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ