Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son aylar ölkəsi ilə Türkiyə dövləti arasında yaşanan gərginliyin keçici olduğunu deyib.
Baki-xeber.com-un haber7-yə istinadən xəbərinə görə, "Radio Svoboda"ya verdiyi açıqlamada jurnalistin "Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik keçicidirmi” sualına Mariya Zaxarova "Təbii ki” cavabını verib. ABŞ dövlət katibi Con Kerrinin Moskva səfərinə də toxunan Rusiya XİN sözçüsü Kerri-Lavrov görüşündə Rusiya-Türkiyə münasibətlərinin müzakirə mövzusu olmadığını da bildirib.