Martın 25-də qoşunların təmas xəttində artan gərginlik bir əsgərimizin şəhid olması ilə nəticələnib. Baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı xəbərə görə, işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.
Xəbərdə o da bildirilir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.