"İslam dövləti” terrorçu təşkilatının ikinci şəxsi sayılan Hacı İmam Suriyada qətlə yetirilib. Baki-xeber.om-un lenta.ru-ya istinadən xəbərinə görə, terrorçu lider ABŞ başda olmaqla beynəlxalq koalisiyanın keçirdiyi antiterror əməliyyatı nəticəsində məhv edilib.
"The Daily Beast”-in xəbərinə görə, onun əsl adı Abdurrahman Mustafa əl-Kadulidir. Terrorçu liderin hava əməliyyatı, yoxsa yerüstü əməliyyat nəticəsində məhv edildiyi dəqiqləşdirilmir.
Xatırladaq ki, ötən il Dövlət Departamenti Hacı İmamın yerini nişan verənə 7 milyon mükafat vəd etmişdi. 2015-ci ilin may ayında onun ölüm xəbəri yayıldı, lakin rəsmi təsdiqini tapmadı.