Belçikada terakt törədən intiharçıların əsl hədəfi Atom Elektrik stansiyası olub. Baki-xeber.com-un xəbərinə görə, bu barədə KİV məlumat əldə edib.
Məlumatda bildirilir ki, əslində terrorçuların hədəfində Belçikadakı iki AES olub. Lakin Paris terrorunu törədən Salah Abdessalamın ələ keçməsi onların planlarını dəyişib. Beləliklə də tələsiyə düşən terrorçular partlayışları plansız bir şəkildə aeroport və metroda gerçəkləşdiriblər.
Yerli "Derniere Heure” qəzeti yazır ki, Brüssel teraktlarını törədən şəxslər kimi adları keçən Brahim və Xalid əl-Bakraui qardaşları Belçika atom proqramlarına rəhbərlik edən şəxsin evi önünə kamera yerləşdiriblər. Polis onlar tərəfindən həyata küçirilən videoyazıları 2015-ci ilin dekabrında Paris teraktlarının törədilməsində şübhəli bilinənlərdən birinin evində axtarış apararkən əldə edib. Bundan sonra ölkənin Atom Elektrik Stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib və obyektlərin mühafizəsinə hərbçilər cəlb edilib.