"İslam dövləti” terrorçu təşkilatı Avropada terror aktlar həyata keçirmək üçün 400-600 arası terrorçu hazırlayıb. Baki-xeber.com-un lenta.ru saytına istinadən xəbərinə görə, bu barədə "Associated Press” xəbər yayıb.
Xəbərə görə, intiharçı-terrorçular İraq və Suriya düşərgələrində təlim keçiblər. Onlara, əsasən, partlayıcı ilə davranma və izləmə işi öyrədilir. Xəbərdə o da bildirilir ki, hazırda qruplara bölünən terrorçular Almanıya, Britaniya, İtaliya, Danimarka və İsveçrəni hədəfə alıb. Belə qruplardan birinin isə Türkiyıəyə keçdiyi xəbər verilir.