Belçika paytaxtında terror aktı törədənlərdən birinin Türkiyədən deportasiya olunduğu ortaya çıxıb. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Belçikalılar onu ölkəyə buraxdılar, halbuki biz xəbərdarlıq etmişdik. Bizim bu adamın xarici terror təşkilatları ilə əlaqələrinin olmasına dair xəbərdarlığımıza rəğmən, Belçika bu əlaqələri təsdiqləyən sübutlar tapmadı və onu ölkəsinə buraxdı” – deyə Türkiyə prezidenti bildirib.