Türkiyənin axtarışa verilən terrorçular siyahısında yer alan Fətullah Gülən Rusiyanın "Moskovskiy komsomolets” qəzetinə müsahibə verib. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Vitali Naumkinə verdiyi müsahibədə Fətullah Gülən öz ölkəsinə düşmən kəsildiyini bir daha ortaya qoyub və Türkiyə Cumhuriyyətini "terrorçu dövlət” adlandırıb. Naumkinin təyyarə olayından sonra Rusiya ilə Türkiyə arasında yaşananların necə yoluna qoyula biləcəyi ilə bağlı sualına isə Gülən belə cavab verib:”Ölkədə ədalət yoxdursa, insan hüquqları pozulursa, etmək istədikləri hər şeyi edib qanunları ona uyğunlaşdırırlarsa və ya istədiklərini edib sonra buna uyğun qanun çıxarırlarsa, bunun özü də bir növ terrordur”. Sonda isə o, daha da irəli gedərək, Türkiyəni terrora dəstək verməkdə suçlayır və ölkəsini "Putindən, Medvedyevdən və rus xalqından üzr istəməyə” çağırır.
Fətullah Gülənin əslində Türkiyəyə münasibətini isə aşağıdakı video aydın göstərir